“Telegram”ın mesencerinin qurucusu Pavel Durovun uşaqlarının anası İrina Bolqar indi də messencerin səhmləri üçün iddia qaldırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, Bolqar bildirib ki, “Telegram” birgə nikah dövründə əldə edilmiş əmlakdır və onun hissələrindən də qadına pay düşür.
Qeyd edək ki, Durov İsveçrədə valideynlik hüququndan məhrum edilib. Telegram-ın yaradıcısının İrinadan biri qız, ikisi oğlan olmaqla, 3 övladı var.
Bizim.Media