Moskvada ”Wildberries” şirkətinin mərkəzi ofisinin yaxınlığında silahlı atışma olub.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, silahlı insident şirkətin rəhbəri Tatyana Bakalçukun həyat yoldaşı Vladislav Bakalçukun və bir qrup şəxsin binaya buraxılmaması səbəbindən baş verib.
Nəticədə biri polis əməkdaşı olmaqla 5 nəfər yaralanıb.
Ofisin yaxınlığında yerləşən universitet binası atışma səslərinə görə boşaldılıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bir müddət əvvəl Tatyana Bakalçuk əri Vladislavla boşanma prosesinin başlandığını açıqlamışdı.
Bizim.Media