Ermənistanda "Metsamor" AES-in fəaliyyət 141 gün müddətinə dayandırılıb.
Bizim.Media Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu barədə AES-in səlahiyyətli şəxsi Artur Qriqoryan məlumat verib.
O, bildirib ki, buna səbəb AES-in enerji blokunun modernləşdirilməsi istiqamətində görülən işlərdir.
Qeyd edilib ki, təmir işlərini Dövlət Atom Enerji Korporasiyasının "Rosatom" bölməsi həyata keçirəcək.
Bizim.Media