Qarabağda torpaq islahatlarına nə vaxt start veriləcək? – MÜHÜM AÇIQLAMA

Məcburi köçkünləri düşündürən əsas məslələrdən biri də işğaldan azad olunmuş ərazilərdə torpaq islahatlarının nə zaman aparılacağıdır. Bu islahatlar doğma yurd-yuvasına qayıdan keçmiş məcburi köçkünlərlə yanaşı, Qarabağ və Şərqi Zəngəzura yatırım etmək istəyən sahibkarları da maraqlandırır.

Ona görə də işğaldan azad olunmuş ərazilərdə torpaq islahatlarının nə zaman və necə aparılacağı hər kəsi düşündür. 
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağa köçənlərə pay torpaqları necə VERİLƏCƏK? – Nazirdən AÇIQLAMA - VİDEO


Bəs, islahatlar necə aparılacaq?

Suala VI çağırış Milli Məclisin Aqrar siyasət komitəsinin sədri olmuş Tahir Rzayev aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, işğaldan azad olunmuş ərazilərdə torpaq islahatlarının aparılması üçün  ilk növbədə Dövlət Aqrar İslahat Komissiyası qərar verməlidir:

“Bu qərara əsasən də hər bir rayonda rayon islahat komissiyası yaradılmalıdır. Yerli komissiyalar qanunvericiliyə uyğun olaraq əvvəlcə torpaqları kateqoriyalara bölməlidir. Bildiyimiz kimi, Azərbaycanda torpaqların dövlət, bələdiyyə və şəxsi mülkiyyət formaları var. Bu mülkiyyət formalarına uyğun olaraq bölünən torpaqlarda əhalinin sayına görə xəritəçəkmə sxemi üzrə pay torpaqları sakinlər arasında bərabər ölçüdə bölünəcək. 

Bu islahatlar getməlidir.

Çünki bu insanların konstitusion hüquqlarıdır. İşğaldan azad olunmuş ərazilərə qayıdan insanlar həyətyanı torpaq sahələri ayrılıb. Gələcəkdə bu şəxslərə islahat nəticəsində pay torpaqları da veriləcək. Nəzərə alaq ki, işğaldan azad olunmuş ərazilərdə şəhərsalmanın yeni metodlarından istifadə olunur. 

Artıq Ağdam, Füzuli, Laçın kimi iri şəhərlərin salınması prosesi davam edir. Gələcəkdə bu şəhərlərdə və digər məntəqələrdə yaşayacaq əhaliyə öz istəklərinə uyğun torpaq payı veriləcək. Bundan başqa həmin ərazilərdə bələdiyyə torpaqları da olacaq. Nəzərə alaq ki, növbəti bələdiyyə seçkilərinə gedirik. Bu məsələyə də zamanla aydınlıq gələcək”. 

“Məskunlaşmanın aparılmasını gözləmək lazımdır”

Tahir Rzayev onu da qeyd edib ki, Qarabağda və ətraf ərazilərdə torpaq islahatının obyektiv və ədalətli aparılması üçün müəyyən məqamlara diqqət edilməlidir:

“Məsələn, rayon var ki, əhalisi çoxdur, amma torpaqları azdır və yaxud əksinə. Ona görə də məskunlaşmanın başa çatmasını gözləmək lazımdır. Yalnız o zaman bilinəcək ki, hansı ərazidə nə qədər əhali yaşayır. Ola bilsin ki, torpaqdan daha səmərəli istifadə üçün bəzi rayonların ərazisindən torpaqlar digər rayonlarının sakinlərinin istifadəsinə verilsin. Yəni variantlar müxtəlifdir. Bunların hamısı hökumətin qərarından asılıdır. Amma məskunlaşan insanların hamısı pay torpağı ilə təmin olunacaq. 

Bundan əlavə sahibkarlığın inkişafı üçün də torpaq sahələrinin ayrılması nəzərdə tutulur. Yerli sakinlərdən kimsə fermer kimi sahibkarlıqla məşğul olmaq istəyəcək. Belələrinə də torpaqlar veriləcək. Bu məqsədlə həm bələdiyyə, həm də dövlət torpaqlarından ərazilər ayrılacaq”. 

Bəs, bu prosesə nə zaman start veriləcək?

Müsahibimiz bildirdi ki, bu prosesin başlanması daha çox insanların məskunlaşmasından asılıdır:

“Məskunlaşma nə qədər tez başa çatsa, islahatlar da bir o qədər tez başlayacaq. Bu gün xeyli sayda insan işğaldan azad olunmuş ərazilərdə məskunlaşıb. Lakin həmin insanların bir çoxu məşğulluq səbəbi ilə Bakı və digər bölgələrlə əlaqəlidirlər. Bir sözlə, torpaq islahatı məskunlaşma başa çatandan sonra aparılsa, bu daha effektiv olar. Ola bilsin ki, vaxtilə bu ərazilərdə yaşayan insanların müəyyən hissəsi öz dədə-baba yurduna qayıtmayacaq. Ona görə də gözləmək lazımdır ki, məskunlaşma başa çatsın və ədalətli islahat həyata keçirilsin”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Banklara xarici valyuta ilə yerləşdirilən əmanətlər sığortalanır? – RƏSMİ CAVAB

Banklara xarici valyuta ilə yerləşdirilən əmanətlər sığortalanır? – RƏSMİ CAVAB

AZAL təyyarəsinin qəzası ilə bağlı təhqiqat illərlə davam edə bilər – RƏSMİ

AZAL təyyarəsinin qəzası ilə bağlı təhqiqat illərlə davam edə bilər – RƏSMİ

Tokayev İlham Əliyevi TƏBRİK ETDİ

Tokayev İlham Əliyevi TƏBRİK ETDİ

Piyada keçidindəki ağır qəzanın ANBAAN VİDEOSU

Piyada keçidindəki ağır qəzanın ANBAAN VİDEOSU

“Trabzonspor”dan gözlənilməz məğlubiyyət - VİDEO

“Trabzonspor”dan gözlənilməz məğlubiyyət - VİDEO

“Nərimanov” metrosunun ətrafı belə olacaq – FOTO

“Nərimanov” metrosunun ətrafı belə olacaq – FOTO

“Misli”nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatdı – FOTO/VİDEO

“Misli”nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatdı – FOTO/VİDEO

ABŞ üçün Qrenlandiya niyə bu qədər vacibdir? – VİDEO

ABŞ üçün Qrenlandiya niyə bu qədər vacibdir? – VİDEO

iPhone 18-in sınaq istehsalına bu tarixdə BAŞLANACAQ

iPhone 18-in sınaq istehsalına bu tarixdə BAŞLANACAQ

Vəfa Hüseynzadə yüksək vəzifəyə təyin olundu – ÖZƏL

Vəfa Hüseynzadə yüksək vəzifəyə təyin olundu – ÖZƏL

ƏDV ilə bağlı dəyişiklik: Qiymətlər azala bilər? – VİDEO

ƏDV ilə bağlı dəyişiklik: Qiymətlər azala bilər? – VİDEO

19 yaşlı qız 4-cü mərtəbədən yıxıldı

19 yaşlı qız 4-cü mərtəbədən yıxıldı

Rusiya Kupyanskı niyə ələ keçirməyə çalışır? - Ukraynalı sərhədçi detalları AÇIQLADI

Rusiya Kupyanskı niyə ələ keçirməyə çalışır? - Ukraynalı sərhədçi detalları AÇIQLADI

Milli Məclisdən Prezidentə TƏBRİK MƏKTUBU

Milli Məclisdən Prezidentə TƏBRİK MƏKTUBU

DİN-dən pirotexniki vasitələrlə bağlı XƏBƏRDARLIQ - VİDEO

DİN-dən pirotexniki vasitələrlə bağlı XƏBƏRDARLIQ - VİDEO

Müharibə gələn il Ukrayna üçün son dərəcə əlverişsiz şərtlərlə bitəcək?

Müharibə gələn il Ukrayna üçün son dərəcə əlverişsiz şərtlərlə bitəcək?

Generalların Putinə saxta hesabatlar verdiyi üzə çıxdı - SENSASİON DETALLAR

Generalların Putinə saxta hesabatlar verdiyi üzə çıxdı - SENSASİON DETALLAR

Milli Məclisin iclası BAŞLADI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası BAŞLADI – Hansı məsələlər müzakirə olunur?

Rusiyanın “QIRMIZI XƏTTİ” – Avropa bu addımı atsa, MÜHARİBƏ BAŞLAYACAQ

Rusiyanın “QIRMIZI XƏTTİ” – Avropa bu addımı atsa, MÜHARİBƏ BAŞLAYACAQ

Naxçıvanda Dövlət qurumlarının informasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə toplantısı keçirilir – FOTO

Naxçıvanda Dövlət qurumlarının informasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə toplantısı keçirilir – FOTO

Biləcəridə BƏDBƏXT HADİSƏ: 64 yaşlı kişi dünyasını dəyişdi

Biləcəridə BƏDBƏXT HADİSƏ: 64 yaşlı kişi dünyasını dəyişdi

Ukrayna “Lukoyl”un zavodunu vurdu – VİDEO

Ukrayna “Lukoyl”un zavodunu vurdu – VİDEO

Qarabağda fəaliyyət göstərən Türkiyə şirkətləri ilə bağlı AÇIQLAMA

Qarabağda fəaliyyət göstərən Türkiyə şirkətləri ilə bağlı AÇIQLAMA

Bakıda yük avtomobilindən düşən çəllək faciəyə səbəb olacaqdı - ANBAAN VİDEO

Bakıda yük avtomobilindən düşən çəllək faciəyə səbəb olacaqdı - ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO