ABŞ Ədliyyə Departamenti və Daxili Gəlirlər Xidməti (IRS) dünyanın ən böyük kriptovalyuta birjalarından olan “Binance Holdings” barəsində birgə təhqiqata başlayıb.
Bizim.Media “Bloomberg”-ə istinadən xəbər verir ki, təhqiqatda çirkli pulların yuyulması və vergidən yayınma məsələlərinə diqqət yetirildiyi bildirilir.
ABŞ hökuməti kriptovalyutaların bəzi qanunsuz maliyyə əməliyyatlarında və vəsait köçürmələrində istifadə olunmasından şübhələnir.
Rəsmi təhqiqatla bağlı xəbərlər çıxandan sonra “Binance”-ın səhmləri birdən-birə 9 faiz ucuzlaşıb.
Bizim.Media