“Ermənistanın əhalisi yaxın 10 ildə 800 min nəfər azalaraq 2,2 milyon nəfərə düşə bilər”.
Bizim.Media “Sputnik Ermənistan”a stinadən xəbər verir ki, bunu Bu barədə Ermənistan Hesablama Palatasının sədri Nairi Sarkisyan məlumat verib.
“Bu temp davam edərsə, yaxın 25 ildə ölkədə erməni qalmayacaq”, - deyə o bildirib.
Qeyd olunur ki, ötən il 48 min vətəndaş Ermənistanı tərk edərək geri qayıtmayıb. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Rusiyaya gedən vətəndaşların sayı azalıb, lakin ABŞ-da “greencard” əldə etmək üçün növbələr düzülüb.
Sarkisyan onu da qeyd edib ki, Ermənistanda əhalinin sayının mümkün azalmasının səbəblərindən biri də doğum səviyyəsinin aşağı olmasıdır.
Bizim.Media