“Azərbaycanla sərhədlərin delimitasiyası və komissiyaların birgə fəaliyyəti haqqında bu yaxınlarda imzalanan sənəddə Ermənistan hakimiyyətinin öz cəmiyyəti üçün heç bir xoşagəlməz sürprizi yoxdur”.
Bizim.Media "Sputnik Ermənistan" nəşrinə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan deyib.
Onun sözlərinə görə, delimitasiya prosesində tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar:
"Əgər gələcəkdə Ermənistanla Azərbaycan arasında sazişdə başqa tənzimləmələr nəzərdə tutulursa, o zaman bu, müqavilədə nəzərdə tutulan prinsiplərə uyğunlaşdırılacaq".
“Sizi əmin edirəm ki, bizim cəmiyyətimiz üçün heç bir xoşagəlməz sürpriz yoxdur və Alma-Ata Bəyannaməsini dəyişdirə biləcək digər prinsiplər müzakirə edilmir”, o əlavə edib.
Xatırladaq ki, komissiyaların işi haqqında əsasnamə layihəsi avqustun 30-da imzalanıb.
Bizim.Media