İrəvanda oğurlanan amerikalı iş adamının 55 yaşlı arvadı Qazax rayonu ilə sərhəddə yerləşən Tavuş bölgəsində tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı shamshyan.com saytı yayıb.
Qeyd olunur ki, dünən sentyabrın 8-də polis, müstəntiqlər və Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları bir neçə günlük genişmiqyaslı əməliyyat-axtarış və istintaq hərəkətlərindən sonra məşhur amerikalı biznezmeninin arvadını oğurlayanları aşkar ediblər.
Saytın məlumatına görə, polis bir neçə qrupa bölünərək onlarla ünvanı yoxlayıb və bu gün bir neçə saat əvvəl Zvartnots hava limanında ölkəni tərk etməyə cəhd edən 3 şübhəlini saxlayıb.
Şübhəlilər kriminal polis idarəsinə, sonra isə İrəvan İstintaq İdarəsinə aparılıb.
Fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, polis və MTX-nin əməkdaşlarının sayəsində Tavuş vilayətinin kəndlərindən birində qaçırılan qadın aşkarlanıb.
Məlum olub ki, qadını qaçıranlar onun əri ilə yaxın münasibətdə olublar.
Bizim.Media