Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyasının buraxılması zəruridir, çünki qarşı tərəf artıq mövcud deyil.
Bizim.Media xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan bu fikri iclas zamanı “Hayastan” fraksiyasının katibi Artsvik Minasyanın "3 illik fasilədən sonra bu komissiyanın iclasını çağırmaq niyyətiniz varmı?" sualına cavab verərkən səsləndirib.
Spiker xüsusi vurğulayıb ki, onun üçün artıq "Dağlıq Qarabağın" rəsmiləri anlayışı yoxdur, “Dağlıq Qarabağın prezidenti” termini mövcud deyil: "Sözügedən formatın ləğvi məsələsi ciddi müzakirə olunmalıdır".
Simonyanın sözlərinə görə, 2021-ci ildə bir iclas keçirilib, bir müddət sonra ikinci iclasın keçirilməsi planlaşdırılırdı, lakin "Qarabağ parlamenti"nin o vaxtkı sədri səhhətində yaranan problemə görə iclasın ləğv edilməsini xahiş edib:
"Niyə bu məsələni indi müzakirə edək? "Dağlıq Qarabağ" öz liderinin fərmanı ilə özünü ləğv edib".
Bizim.Media