İsrail qüvvələrinin İordan çayının qərb sahilindəki Nablus şəhəri yaxınlığında keçirilən nümayişi dağıtması nəticəsində xəsarət alan 26 yaşlı türk əsilli ABŞ vətəndaşı ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə WAFA agentliyi məlumat yayıb.
Məlumata görə, Nablusda yerləşən Rafidiya xəstəxanasının direktoru Fuad Nafianın sözlərinə görə, başından yaralanmış qadın tibb müəssisəsinə aparılıb və bir müddət sonra reanimasiyada dünyasını dəyişib.
O, İsrail hökumətinin İordan çayının qərb sahilində yəhudi məskənlərini genişləndirmək siyasətinə qarşı keçirilən etiraz aksiyasında iştirak edib.
Bizim.Media