Ermənistan parlamentini 44 günlük müharibənin səbəblərini araşdıran komissiya rəyi hazırlayıb.
Bizim.Media “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu sözü gedən komissiyanın sədri, deputat Andranik Koçaryan deyib.
Bildirib ki, sözügedən sənəd parlamentin oktyabrda keçiriləcək qapalı iclasında müzakirəyə çıxarılacaq.
A.Koçaryan sənədin ictimaiyyətə açıqlanması məsələsinə də toxunub.
Deputat əlavə edib ki, ölkə əhalisi rəyin yalnız məxfi sayılmayan hissəsi ilə tanış ola biləcək.
Bizim.Media