Şuşaya hakim olacaq bina - “Dünən tariximizin qürurverici səhifəsini yaşadıq”

“Şəhərə hakim olan bina məscid binası olmalıdır və bu bina şəhərin yuxarı hissəsində yerləşməlidir” –  Məlumdur ki, Prezident İlham Əliyev dünən Şuşada tikiləcək yeni məscidin təməlqoyma mərasimində belə deyib.

28 illik işğaldan sonra, qeyd olunan ilk Ramazan bayramı ərəfəsində Qarabağın mərkəzi sayılan Şuşada Azərbaycanda aparıcı dini etiqad olan İslama aid ocağın təməlinin qoyulması əslində böyük bir hadisə idi.

Bu məscid bütün atributları ilə şəhərin işğaldan azad olunan və Zəfər Günü kimi tariximizə yazılan günü özündə əks etdirəcək.

Prezident İlham Əliyevin tövsiyyəsi ilə hazırlanan layihəyə görə, məscid yan tərəfdən və yuxarıdan baxdıqda 8 rəqəmini əks etdrəcək.

Şuşa şəhərində vaxtilə mövcud olan 17 məscidin əksəriyyəti erməni işğalçılarının torpaqlarımızı zəbt etməklə həm də tariximizi məhv kimi qarşılarına qoyduqları məqsədin qurbanı olub. Şəhərdə yalnız üç məscid yarıdağıdılmış vəziyyətdə qalıb. Hazırda Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidlərinin təmiri ilə bağlı göstəriş verilib.

Həmin məscidlərin məkanlarına diqqət yetirilərsə, onların şəhərin ərazi cəhətdən nisbətən alçaq ərazilərində yerləşdiyi məlum olur. Şuşanın ümumi fonunda Qazançılar kilsəsi xüsusi diqqət çəkir. Tarixi  “oğurlamağa” adət etmiş ermənilər həmin kilsəni də özünküləşdirsələr və Culfanın Qazançı kəndindən şəhərə köçrülmüş ermənlər tərəfindən  tikildiyini iddia etsələr də, mənbələrdə başqa faktlar ortaya çıxır.

Tarixi mənbələrə əsasən çar Rusiyası 1805-ci ildə Qarabağ xanlığını devirdiyi zaman şəhərdə kilsə mövcud olmayıb.

Bir sıra tarixçilər bildirirlər ki, çar ordusunun rəhbərliyi xanlığın divanxanasının qülləsindən zəng asdıraraq rus əsgərlərinin ibadəti üçün şərait yaradıb. 1806-cı ildə divanxananın yanında zəng qülləsi tikilib. Zaman keçdikcə rus ordusu komandanlığı tərəfindən, Qarabağ xanlığının divanxanası təmir edilərək kilsə memarlığına uyğunlaşdırılıb. 

Doğrudur, hazırda Azərbaycanda tolerantlıq dünya ölkələrinə nümunə olacaq səviyyədədir, bütün dinlərə və onların təmsilçilərinə böyük ehtiramla yanaşılır, amma bununla belə, Qarabağın paytaxında məscidin şəhərə “hakim olması” böyük önəm daşıyır. 

Millət vəkili, tarix elmləri doktoru Musa Qasımlı Bizim.Media-ya açıqlamasında Şuşada yeni məscidin təməlinin qoyulmasını tariximizin qürurverici səhifələrindən biri kimi qiymətləndirib:

“"Dünən tariximizin qürurverici səhifələrindən birini yaşadıq. Cənab Prezidentimiz İlham Əliyev mədəniyyət paytaxtımız olan Şuşanın ən yüksək yerində şəhərimizin azad edildiyi günü və ayı ehtiva edən 8 və 11 rəqəmlərini özündə  əks etdirəcək  məscidin təməlini atdı. Heç şübhəsiz, adı İlham məscidi olacaq bu mənəviyyat evimizin təməlinin  qoyulması hər birimizdə qürur hissi yaratdı. Bu günləri görmək böyük xöşbəxtlikdir. Millətimizin dilindən azan səsi əksik olmayacaq və qürur mənbəyimiz olan bayrağımız göylərdən heç bir zaman enməyəcək".

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və Ermənistanın ABŞ-dakı səfirləri Zəngəzur dəhlizini müzakirə etdilər

Azərbaycan və Ermənistanın ABŞ-dakı səfirləri Zəngəzur dəhlizini müzakirə etdilər

DİN-dən ÇAĞIRIŞ: “Sosial şəbəkə profillərini gizli izləmək” kimi paylaşımlara inanmayın!” – VİDEO

DİN-dən ÇAĞIRIŞ: “Sosial şəbəkə profillərini gizli izləmək” kimi paylaşımlara inanmayın!” – VİDEO

“Bavariya” səfərdə qalib gəldi - VİDEO

“Bavariya” səfərdə qalib gəldi - VİDEO

Moskvada general maşınında partladıldı – FOTO/VİDEO

Moskvada general maşınında partladıldı – FOTO/VİDEO

Bu gün azadlığına qovuşan qadın məhkumlar – FOTOLAR

Bu gün azadlığına qovuşan qadın məhkumlar – FOTOLAR

DYP bir daha piyadalara MÜRACİƏT ETDİ

DYP bir daha piyadalara MÜRACİƏT ETDİ

“BakuBus”onlarla avtobusu niyə qarajda saxlayır? – VİDEO

“BakuBus”onlarla avtobusu niyə qarajda saxlayır? – VİDEO

Fars körfəzinə DOĞRU

Fars körfəzinə DOĞRU

Bakıda FACİƏ: 16 və 17 yaşlı bacı-qardaş dəm qazından öldü

Bakıda FACİƏ: 16 və 17 yaşlı bacı-qardaş dəm qazından öldü

Türkiyə parlamentində dava – ANBAAN VİDEO

Türkiyə parlamentində dava – ANBAAN VİDEO

Canavar hücumuna məruz qalan şəxslərin SON DURUMU

Canavar hücumuna məruz qalan şəxslərin SON DURUMU

Aysun polisə şikayət etdi - VİDEO

Aysun polisə şikayət etdi - VİDEO

Eldar Mahmudovun bir neçə gün əvvəl vəzifəyə təyin edilən qohumu işdən ÇIXARILDI

Eldar Mahmudovun bir neçə gün əvvəl vəzifəyə təyin edilən qohumu işdən ÇIXARILDI

Xaçmazın bəzi ərazilərində işıq olmayacaq

Xaçmazın bəzi ərazilərində işıq olmayacaq

SON DƏQİQƏ! Siqaret satışı MƏHDUDLAŞDIRILDI – Qiymətlər kəskin YÜKSƏLDİ

SON DƏQİQƏ! Siqaret satışı MƏHDUDLAŞDIRILDI – Qiymətlər kəskin YÜKSƏLDİ

Paytaxt yollarında yeni işıqforlar – VİDEO

Paytaxt yollarında yeni işıqforlar – VİDEO

Lotereya biletləri satan şəxsi bıçaqladı - Məhkəmə zalında həbs edildi

Lotereya biletləri satan şəxsi bıçaqladı - Məhkəmə zalında həbs edildi

İdarə rəisinin öldüyü qəzadan görüntülər – VİDEO

İdarə rəisinin öldüyü qəzadan görüntülər – VİDEO

Naxçıvanda xanımı ilə birgə dəm qazından ölən Altay hərbçi imiş - FOTO

Naxçıvanda xanımı ilə birgə dəm qazından ölən Altay hərbçi imiş - FOTO

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Bakıda ucuz qiymətə qəribə formalı ət satışa çıxarıldı – VİDEO

Bakıda ucuz qiymətə qəribə formalı ət satışa çıxarıldı – VİDEO

Nazirlikdən mövsümi xəstəliklərlə bağlı əhaliyə MÜRACİƏT

Nazirlikdən mövsümi xəstəliklərlə bağlı əhaliyə MÜRACİƏT

Mingəçevirdə 36 yaşlı kişi bıçaqlandı – TUTULAN VAR

Mingəçevirdə 36 yaşlı kişi bıçaqlandı – TUTULAN VAR

Ağdərə sakinlərinin NƏZƏRİNƏ: Təşvişə düşməyin

Ağdərə sakinlərinin NƏZƏRİNƏ: Təşvişə düşməyin

End of content

No more pages to load

RADİO