İlham Əliyev İtaliyanın baş naziri ilə görüşdü- FOTO/VİDEO

İlham Əliyev İtaliyanın baş naziri ilə görüşdü- FOTO/VİDEO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 5-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, Romanın “Chigi” Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İtaliyanın nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloniyə təqdim olunub.

Sonra dövlətimizin başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni birgə foto çəkdiriblər.

Əvvəlcə Prezident İlham Əliyev ilə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin təkbətək görüşü olub.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

Ciorcia Meloni dövlətimizin başçısının İtaliyaya bu səfərinin çox səmərəli olduğunu vurğulayaraq, Prezident İlham Əliyevlə İtaliya-Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyində olan məsələlərə dair ətraflı müzakirələr aparıldığını qeyd edib, iki ölkə arasında yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyini bildirib. Bu xüsusda, ölkələrimiz arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin, xüsusilə sənaye, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi, humanitar, mədəni istiqamətlərdə əlaqələrin inkişafı barədə ətraflı fikir mübadiləsi aparılıb.

Humanitar-mədəni əlaqələrin inkişafında ADA Universiteti ilə İtaliya universitetləri arasında İtaliya-Azərbaycan Universiteti layihəsinin önəmi xüsusi qeyd olunub.

Enerji sahəsində ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Bu xüsusda TAP layihəsinin əhəmiyyətinə, onun bu gün İtaliyanın və Avropa ölkələrinin enerji təhlükəsizliyində roluna toxunulub. TAP-ın ötürücülük qabiliyyətinin artırılması barədə fikir mübadiləsi aparılıb.

İtaliya Nazirlər Şurasının sədri Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlara görə minnətdarlığını bildirdi və bu xüsusda, ölkəmizin rolunu qeyd edib. O, COP29-a dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi və bu tədbirdə məmnuniyyətlə iştirak edəcəyini vurğuladı. İtaliya Nazirlər Şurasının sədri COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu deyib. Bu xüsusda, İtaliyanın iqlim dəyişikliyi üzrə nümayəndəsinin Azərbaycanın COP nümayəndə heyəti ilə yaxından əməkdaşlığı və Azərbaycanın COP prezidentinin G20 çərçivəsində İtaliyada keçirilən ekologiya nazirlərinin toplantısında iştirakı qeyd olunub.

Söhbət zamanı İtaliyanın “Eni S.P.A” şirkəti ilə SOCAR arasında yeni əməkdaşlıq sahələrinin müəyyən olunması məmnunluqla qeyd edilib, bu şirkətlərin üçüncü ölkələrdə birgə layihələrdə iştirakı məsələsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın və İtaliyanın üçüncü ölkələrdə birgə investisiya layihələrində iştirakı məsələsinə toxunuldu. Orta Dəhlizin əhəmiyyəti vurğulanıb və İtaliya şirkətlərinin də bu dəhlizin imkanlarından istifadə etməsi perspektivləri müzakirə olunub.

İtaliya-Azərbaycan iqtisadi əməkdaşlıq məsələləri üzrə komissiyanın roluna toxunulub, gələn il komissiyanın iclasının keçirilməsi razılaşdırılıb.

Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədrini Azərbaycana rəsmi səfərə dəvət edib. Ciorcia Meloni dəvəti məmnunluqla qəbul edib.



İlham Əliyev İtaliyanın baş naziri ilə görüşdü- FOTO/VİDEO - foto 1
İlham Əliyev İtaliyanın baş naziri ilə görüşdü- FOTO/VİDEO - foto 2
İlham Əliyev İtaliyanın baş naziri ilə görüşdü- FOTO/VİDEO - foto 3
İlham Əliyev İtaliyanın baş naziri ilə görüşdü- FOTO/VİDEO - foto 4
İlham Əliyev İtaliyanın baş naziri ilə görüşdü- FOTO/VİDEO - foto 5
İlham Əliyev İtaliyanın baş naziri ilə görüşdü- FOTO/VİDEO - foto 6
İlham Əliyev İtaliyanın baş naziri ilə görüşdü- FOTO/VİDEO - foto 7
İlham Əliyev İtaliyanın baş naziri ilə görüşdü- FOTO/VİDEO - foto 8
İlham Əliyev İtaliyanın baş naziri ilə görüşdü- FOTO/VİDEO - foto 9
İlham Əliyev İtaliyanın baş naziri ilə görüşdü- FOTO/VİDEO - foto 10
İlham Əliyev İtaliyanın baş naziri ilə görüşdü- FOTO/VİDEO - foto 11
İlham Əliyev İtaliyanın baş naziri ilə görüşdü- FOTO/VİDEO - foto 12


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Daha bir yunan-Roma güləşçimiz dünya çempionu oldu - FOTO

Daha bir yunan-Roma güləşçimiz dünya çempionu oldu - FOTO

ACF Kubokunun ilk qalibləri müəyyənləşdi - FOTO

ACF Kubokunun ilk qalibləri müəyyənləşdi - FOTO

Ağcabədidə mikroavtobusla "Niva" toqquşdu: Xəsarət alanların vəziyyəti açıqlandı - VİDEO

Ağcabədidə mikroavtobusla "Niva" toqquşdu: Xəsarət alanların vəziyyəti açıqlandı - VİDEO

Trampdan İranla bağlı açıqlama: “Seçim arasında qalmışam”

Trampdan İranla bağlı açıqlama: “Seçim arasında qalmışam”

Deputatən saxlanılan oğlunun işi başqa məhkəməyə göndərildi - VİDEO

Deputatən saxlanılan oğlunun işi başqa məhkəməyə göndərildi - VİDEO

Eldəniz Əzizli: “Himn səslənəndə bütün karyeram gözlərimin önündən keçdi” - FOTO/VİDEO

Eldəniz Əzizli: “Himn səslənəndə bütün karyeram gözlərimin önündən keçdi” - FOTO/VİDEO

Azərbaycanı hədələyən Ərdoğanın baş müşaviri vəzifəsindən uzaqlaşdırılıb? - İDDİA

Azərbaycanı hədələyən Ərdoğanın baş müşaviri vəzifəsindən uzaqlaşdırılıb? - İDDİA

Keniyada dəhşətli qəza: Dəfn mərasimindən qayıdan 22 nəfər həlak oldu - VİDEO

Keniyada dəhşətli qəza: Dəfn mərasimindən qayıdan 22 nəfər həlak oldu - VİDEO

Hörmüz boğazında bir gəmi raketlə vuruldu

Hörmüz boğazında bir gəmi raketlə vuruldu

Türkiyədə “Sifarişlə uşaq” şəbəkəsinə qarşı əməliyyat: 8 nəfər həbs edildi - FOTO

Türkiyədə “Sifarişlə uşaq” şəbəkəsinə qarşı əməliyyat: 8 nəfər həbs edildi - FOTO

“Sabah”-“Qarabağ” oyunu başladı - CANLI

“Sabah”-“Qarabağ” oyunu başladı - CANLI

“44”ün son tizeri yayımlandı - VİDEO

“44”ün son tizeri yayımlandı - VİDEO

Peşəkar mühasib olmaq istəyənlər imtahan VERDİ

Peşəkar mühasib olmaq istəyənlər imtahan VERDİ

Kütləvi dava zamanı törədilən qətldə şübhəli bilinən iki nəfər həbs olundu

Kütləvi dava zamanı törədilən qətldə şübhəli bilinən iki nəfər həbs olundu

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Rusiya hərbçiləri Zaporojye yaxınlığında asma körpüyə zərbə endirdi

Rusiya hərbçiləri Zaporojye yaxınlığında asma körpüyə zərbə endirdi

Xalidə Gözəl vəfat etdi

Xalidə Gözəl vəfat etdi

Azərbaycanın yunan-Roma güləşçisi beşqat dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi beşqat dünya çempionu oldu

"İmişli" "Şamaxı"nı məğlub etdi - VİDEO

"İmişli" "Şamaxı"nı məğlub etdi - VİDEO

Aygün Kazımova Dənizkənarı Milli Parkda Zeytun Festivalında çıxış edəcək

Aygün Kazımova Dənizkənarı Milli Parkda Zeytun Festivalında çıxış edəcək

Çexiya yaxın onillikdə avroya keçəcək

Çexiya yaxın onillikdə avroya keçəcək

AKP-nin keçmiş deputatı HƏBS EDİLDİ

AKP-nin keçmiş deputatı HƏBS EDİLDİ

Joze Mourinyo “Barselona” ilə oyun öncəsi Arda Gülərlə bağlı qərar verdi

Joze Mourinyo “Barselona” ilə oyun öncəsi Arda Gülərlə bağlı qərar verdi

SON DƏQİQƏ: Serbiyanın keçmiş prezidenti Vuçiçin anasına Belqradda hücum etdilər

SON DƏQİQƏ: Serbiyanın keçmiş prezidenti Vuçiçin anasına Belqradda hücum etdilər

End of content

No more pages to load

RADİO