“Mən məscidlərin açılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha 3 dəfə müraciət etmişəm, son zamanlar da müraciətim olub. Müraciətimə də hörmətlə yanaşıblar və vəziyyəti mənə izah ediblər”
Bizim.Media xəbər verir ki, bunu bu gün Təzəpir məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
QMİ sədri bununla bağlı müzakirələrimiz davam etdirildiyini vurğulayıb.
A.Paşazadə bildirib ki Operativ Qərargahın qaydalarına düzgün riayət edilsə məscidlərdə ibadətlər də bərpa olunacaq.
QMİ sədri pandemiya ilə əlaqədar ya mərasimlərinə qoyulan qadağaya da münasibət bildirib:
“Əlbəttə, mən ehsanların tərəfdarı deyiləm, amma dəfn və yas mərasimlərinin keçirilməsi üçün müvafiq qaydada imkan yaradılmasını istərdik”.
Bizim.Media