Gömrük Komitəsinin əməkdaşına HÖKM OXUNDU

Qusar Rayon Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən Qafar Dadaşovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul şəxs qismində vəzifə tutmaq hüququndan məhrum edilməklə, aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla ona 2 il islah işləri cəzası təyin olunub.

Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəkəcək.

İttihama görə, Qafar Dadaşov Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin Gömrük brokeri və texniki xidmətin göstərilməsi üzrə Bakı şöbəsinin Enerji bölməsinin kompüter operatoru vəzifəsində işləyib. O, Dövlət Gömrük Komitəsinin sədrinin 7 sentyabr 2022-ci il tarixli əmri ilə Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postuna təhkim edilib.
 

Belə ki, təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə, saat 09:00-dan 20 aprel 2023-cü il tarixdə saat 09:00-dək olan müddət ərzində Qusar rayonu, Samur qəsəbəsi ərazisində yerləşən "Samur" gömrük postunda xidmət yerində növbədə olarkən 28 ədəd "iPhone" telefon cihazları haqqında bilə-bilə yalan məlumatları elektron formada sistemə daxil edib, vəzifə saxtakarlığı törədib.


İstintaq dövründə onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

İlon Mask İsveçrə kəndinin videosunu paylaşdı – yerli hakimiyyət turist axınından qorxur - FOTO

İlon Mask İsveçrə kəndinin videosunu paylaşdı – yerli hakimiyyət turist axınından qorxur - FOTO

600 dollarlıq TikTok trendi: "Guerlain" ətri haqqında nələri bilməliyik?

600 dollarlıq TikTok trendi: "Guerlain" ətri haqqında nələri bilməliyik?

Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü -FOTO

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü -FOTO

İsrail ordusu Livanın neçə kəndinə nəzarət edir? - RƏSMİ AÇIQLAMA

İsrail ordusu Livanın neçə kəndinə nəzarət edir? - RƏSMİ AÇIQLAMA

“Beşiktaş” Sərgən Yalçınla bağlı qərar verdi

“Beşiktaş” Sərgən Yalçınla bağlı qərar verdi

İranda casusluqda təqsirləndirilən şəxs edam edildi

İranda casusluqda təqsirləndirilən şəxs edam edildi

Sabahdan bu ərazilərdə maşın saxlamaq olmaz - VİDEO

Sabahdan bu ərazilərdə maşın saxlamaq olmaz - VİDEO

Minsk üç ölkəyə humanitar yardım göndərəcək

Minsk üç ölkəyə humanitar yardım göndərəcək

Tramp Venesuelanı ABŞ-a birləşdirmək istəyir

Tramp Venesuelanı ABŞ-a birləşdirmək istəyir

Azərbaycan güləşçiləri Avropa çempionatının FİNALINDA

Azərbaycan güləşçiləri Avropa çempionatının FİNALINDA

Edmond Marukyan tamamilə ağlını itirib

Edmond Marukyan tamamilə ağlını itirib

Şəmkirdə 62 yaşlı kişi bazarda öldü

Şəmkirdə 62 yaşlı kişi bazarda öldü

Tailandda yarasalarda yeni koronavirusun olduğu təsdiqləndi

Tailandda yarasalarda yeni koronavirusun olduğu təsdiqləndi

SON DƏQİQƏ: Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü

SON DƏQİQƏ: Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü

İstanbul-Katmandu reysində İNSİDENT: Təyyarənin şassisində alov yarandı - VİDEO

İstanbul-Katmandu reysində İNSİDENT: Təyyarənin şassisində alov yarandı - VİDEO

ABŞ kursu dəyişir: Kiyevə daha az yardım, Moskva ilə daha çox təmas

ABŞ kursu dəyişir: Kiyevə daha az yardım, Moskva ilə daha çox təmas

Goranboyda əmisi oğlunu bıçaqlayan şəxs TUTULDU

Goranboyda əmisi oğlunu bıçaqlayan şəxs TUTULDU

Bakıda reklam özbaşınalığı: Vətəndaşın qapısına icazəsiz kağız yapışdırdılar - VİDEO

Bakıda reklam özbaşınalığı: Vətəndaşın qapısına icazəsiz kağız yapışdırdılar - VİDEO

Ukrayna artıq Almaniyadan raket almayacaq

Ukrayna artıq Almaniyadan raket almayacaq

Xankəndi diplomatiya mərkəzinə çevrilir

Xankəndi diplomatiya mərkəzinə çevrilir

Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək - FOTO

Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək - FOTO

Malayziya Kralı Moskvadan limuzinlə qayıtdı

Malayziya Kralı Moskvadan limuzinlə qayıtdı

End of content

No more pages to load

RADİO