Ermənistan oktyabrda Rusiyanın Kazan şəhərində keçiriləcək BRİСS sammitində iştirak edəcək.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan brifinqdə deyib.
Qeyd edək ki, bundan əvvəl Rusiya rəsmiləri MDB ölkələrinin liderlərinin iştiraka dəvət edildiyini bildiriblər.
Sammitdə təşkilata daxil olmayan bir sıra ölkələrin liderləri də iştirak edəcək. O cümlədən Türkiyə prezidentinin də iştirakı təsdiqlənib.
Bizim.Media