Xəbər verdiyimiz kimi, sentyabrın 2-də Ermənistanda hərbi hissələrdən birinin mühafizə zolağında hərbçinin meyiti tapılıb. Edqar Aleksanyanın ölüm faktı ilə bağlı onun hərbi xidmətdə olan əsgər yoldaşı saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Sputnik Ermənistan" nəşri yayıb.
Çənəsindən güllə yarası alan Aleksanyanın meyiti sentyabrın 2-də hərbi hissələrdən birində döyüş mövqeyində tapılıb.
Ermənistan İstintaq Komitəsi qeyd edib ki, ilkin məlumatlara görə, hərbçi özünü güllələyib.
Bizim.Media