Bu gün Küveyt sularında İran gəmisi batıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Mehr News” yazıb.
Hadisəni Küveytin “Əl-Cəridə” qəzeti təsdiq edib və bildirib ki, hələlik üç nəfərin meyiti tapılıb, digər üç cəsədin axtarışları isə davam edir.
Qeyd olunub ki, batan gəminin heyəti İran və Hindistan vətəndaşlarından ibarət olub.
Bizim.Media