Paşinyanın növbəti SƏRSƏMLƏMƏSİ – Ermənistan təxribat hazırlıqlarına necə don GEYDİRİR? – TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 31-də İrəvanda mətbuat konfransı keçirib. Mətbuat konfransında erməni baş nazir yenə də sərsəm, əsası olmayan fikirlər səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-ın Zəngəzur PLANI – Ermənistanın növbəti təxribatları üçün HAZIRLIQ GEDİR – TƏHLİL
 

 

Paşinyandan əsassız iddia

Ermənistan hökumətinin başçısı iddia edir ki, İrəvan Azərbaycan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı məsələ qaldırmayacaq.

“Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var. Lakin İrəvan Azərbaycan Konstitusiyasının dəyişdirilməsi məsələsini qaldırmır. Çünki saziş layihəsində artıq bənd var ki, tərəflər sazişə əməl etməmək üçün öz daxili qanunlarına istinad edə bilməzlər”.

Bu fikirləri ilə erməni baş nazirin nə qədər yalançı və qərəzli olduğu bir daha aydın görünür. Çünki Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünə və suveren hüquqlarına hörmətlə yanaşır, heç bir qonşu dövlətə qarşı ərazi iddiası ilə çıxış etmir. Üstəlik, Azərbaycanın Konstitusiyasında və digər dövlət atributlarında bu təsbit olunmayıb. Ona görə də Paşinyan belə sərsəm fikirlər səsləndirməklə dünya ictimaiyyətini çaşdırmaq istəyir. Guya ki, Azərbaycan rəsmi şəkildə Ermənistana qarşı torpaq iddiası irəli sürür.

Paşinyan belə sərsəmləmələri ilə həm də Azərbaycanın haqlı tələblərinə kölgə salmaq, məsələni kontekstdən çıxarmaq istəyir. Çünki Ermənistan Konstitusiyasında Qarabağ Ermənistan ərazisi kimi təsbit olunub. Üstəlik, Ermənistanın dövlət gerbində Türkiyə ərazisindəki Ağrı dağı təsvir edilib. Bununla da Ermənistan rəsmi şəkildə həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiasında olduğunu sübut edir.

Lakin rəsmi İrəvan bu yanlışlıqları və iddiaları aradan qaldırmaq əvəzinə Azərbaycana qarşı əsassız fikirlər səsləndirir.

Ermənistanın hərbi xərcləri ÜDM-nin neçə faizini təşkil edir?

Ümumiyyətlə, Paşinyan son çıxışında xeyli sayda absurd fikirlər səsləndirib. Məsələn, o iddia edir ki, Azərbaycan sürətlə silahlanır:

“Azərbaycanın hərbi xərcləri görünməmiş dərəcədə yüksəkdir - ÜDM-in 17%-i, Ermənistanda isə 4-5%-dir. Məhz buna görə də İrəvan eskalasiyanı təsirsiz hala gətirmək və qarşısını almaq üçün sərhəddə pozuntuların araşdırılması mexanizmini təklif edib”.

Təbii ki, Paşinyanın bu iddialarının da heç bir əsası yoxdur. Çünki, o çıxışında bütün faktları təhrif edib. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə 2023-cü ildə ölkədə 123 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub.

O ki, qaldı müdafiə xərclərinə...

Xatırladaq ki, Azərbaycan hökuməti 2024-cü il dövlət büdcəsində müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 6,4 milyard manat (indiki məzənnə ilə 3,78 milyard dollar) vəsait ayırıb. Bu da onu göstərir ki, Azərbaycanın müdafiə xərcləri ÜDM-nin cəmi 4 faizi civarındadır. Bu da dünya praktikası üçün normal haldır. Amma Ermənistanın 2024-cü il üzrə dövlət büdcəsində Müdafiə Nazirliyinin xərcləri üçün 554 milyard dram vəsait nəzərdə tutulub. Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan Ermənistan parlamentində çıxışı zamanı deyib ki,  2024-cü ildə Müdafiə Nazirliyinin xərcləri 554 milyard dram təşkil edir:

“Bu rəqəm 2023-cü ilin dövlət büdcəsi ilə müəyyən edilmiş müdafiə sektoruna yönəldilən xərcləri xeyli üstələyəcək. Nəticədə müdafiə xərcləri 2024-cü ildə ÜDM-in 5,3 faizini təşkil edəcək”,

Halbuki, bu fikirləri səsləndirərkən erməni nazir də yalan danışıb. Çünki 2024-cü ildə Ermənistanın ÜDM-i 25,2 milyard dollar olacağı gözlənilir. Bu da o deməkdir ki, Ermənistanın 2024-cü ildəki hərbi xərcləri ÜDM-in 15 faizinə yaxındır. Hələ onu demirik ki, bir müddət əvvəl Paşinyan fəxrlə demişdi ki, Ermənistan hərbi xərclərini iki dəfə artırır:

“Bu, müharibəyə deyil, sülhə hazırlıqdır”.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan Baş naziri Nikol Paşinyanın 31 avqust tarixli mətbuat konfransında Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində deyib ki, Ermənistan tərəfinin guya Azərbaycanın hərbi büdcəsinin ölkənin ümumi daxili məhsulunun (ÜDM) 14-15%-ni təşkil etdiyini və bunun Ermənistandan qat-qat çox olduğunu bildirməsi aidiyyəti beynəlxalq təşkilatların hərbi büdcə ilə bağlı yaydıqları məlumatlara tamamilə ziddir və bu dəfələrlə şişirdilmiş rəqəmdir:

“Ermənistanın hərbi xərclərini ötən illə müqayisədə 46% artırması Ermənistanın militarizasiyasını sübut edən növbəti göstəricidir:

“Bununla yanaşı, Azərbaycanın guya İtaliyadan silah aldığı barədə Baş nazir tərəfindən səslənən iddia həqiqəti əks etdirmir”.

Azərbaycan İtaliyadan silah alır?

Qeyd edək ki, Paşinyan son çıxışında iddia edib ki, Azərbaycan guya Avropanın bir sıra dövlətlərindən, o cümlədən də İtaliyadan silah-sursat alır. Amma bu boş iddiaları səsləndirərkən erməni baş nazir hər hansı bir mənbəyə və yaxud fakta istinad etməyib.

Əslində, bu mövzuda istinad ediləcək bir fakt da yoxdur. Bəli, İtaliya Azərbaycanın Avropadakı ən böyük ticarət partnyorudur. İki ölkə arasında ticarət dövriyyəsi 10 milyard dollara yaxındır. Ancaq bu ticarət əsasən neft-qaz məhsulları və texniki vasitələrdir. Yəni Azərbaycanın İtaliyadan hərbi sursat alması ilə bağlı hər hansı bir fakt, dəlil yoxdur. Bununla belə Paşinyan erməni xislətinə sadiq qalaraq yalan danışır, böhtan söyləyir.

Paşinyan bununla da “qara məni basınca, mən qaranı basım” prinsipi ilə hərəkət edir.

Çünki Ermənistan təkcə hərbi büdcəsini artırmır, həm də böyük ölçüdə hərbi yardımlar alır.

Hazırda ABŞ Ermənistana ən çox hərbi yardım göstərən ölkələr siyahısında liderdir.  Məhz Pentaqonun dəstəyi ilə Ermənistanda 13 hərbi laboratoriya yaradılıb. Bu laboratoriyada dəhşətli bioloji sınaqlar həyata keçirilir. Ancaq anoloji laboratoriyanın Azərbaycanda bir dənəsi də yoxdur. Bundan başqa, Vaşinqton Ermənistana davamlı olaraq maliyyə və hərbi yardımlar edir. Eyni zamanda, iki ölkənin birgə hərbi təlimləri keçirilir. Sonuncu dəfə belə hərbi təlim iyulun 15-də başlayıb. “Eagle Partner 2024” adlanan 10 gün davam edən təlimlər iyulun 24-də başa çatıb.

Təlimdə Ermənistan Silahlı Qüvvələrinin bölmələri və ABŞ-ın Avropa və Afrikadakı Quru Qoşunlarının və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edib. 

Hərbi təlimlərin sülhməramlı məqsəd daşıdığı deyilsə də, hədəf başqadır. Hədəf müxtəlif yollarla ABŞ hərbçilərini Ermənistana yerləşdirmək və gələcəkdə onlardan qonşu dövlətlərə qarşı hərbi müdaxilədə yararlanmaqdır. Nəzərə alaq ki, bu ilk birgə hərbi təlim deyil. Bundan əvvəlki təlimdə Amerikanın 100-ə yaxın hərbiçisi iştirak etmişdi. Lakin təlim başa çatandan sonra Amerikalı hərbçiləri Ermənistanda qalıb fəaliyyətlərini davam etdirdilər. 

Bundan əlavə, Ermənistan Fransadan, Hindistandan, İrandan və digər ölkələrdən böyük ölçüdə silah-sursat alır. Və silahlanmaya ayrılan xərclər ilbəil artırılıb. Bu da onu göstərir ki, Ermənistan sülhə yox, yeni müharibəyə hazırlaşır.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ”ın U-19 komandasının 1:7 hesablı məğlubiyyətini belə İZAH ETDİ

“Qarabağ”ın U-19 komandasının 1:7 hesablı məğlubiyyətini belə İZAH ETDİ

Pul xərcləməyi sevən BÜRCLƏR

Pul xərcləməyi sevən BÜRCLƏR

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

“TikTok” ABŞ-da Trampın yaxın adamına SATILACAQ

“TikTok” ABŞ-da Trampın yaxın adamına SATILACAQ

“Arda ilə Mbappe “Real”ın ölümcül silahına çevrilir” - “Marca”

“Arda ilə Mbappe “Real”ın ölümcül silahına çevrilir” - “Marca”

ABŞ İrana yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana yeni sanksiyalar TƏTBİQ ETDİ

İcra başçısı brend geyimi ilə DİQQƏT ÇƏKDİ

İcra başçısı brend geyimi ilə DİQQƏT ÇƏKDİ

Bakıda Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin iştirakı ilə kurs keçirilir - FOTO

Bakıda Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin iştirakı ilə kurs keçirilir - FOTO

Bakının BU YOLLARINDA tıxac var

Bakının BU YOLLARINDA tıxac var

"Liverpul"la oyunu BURAXACAQLAR

"Liverpul"la oyunu BURAXACAQLAR

Azərbaycan və BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə İMZALANDI

Azərbaycan və BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə İMZALANDI

UEFA Gənclər Liqası: “Qarabağ” “Benfika”ya böyük hesabla uduzdu

UEFA Gənclər Liqası: “Qarabağ” “Benfika”ya böyük hesabla uduzdu

İsrailin müdafiə naziri: “Qəzzanı ələ keçirmək istəyirik, çünki…”

İsrailin müdafiə naziri: “Qəzzanı ələ keçirmək istəyirik, çünki…”

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

BƏƏ Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı – FOTO

BƏƏ Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı – FOTO

Cəlilabadda məktəbdəki qətl söyüş üstündə olub – TƏFƏRRÜAT

Cəlilabadda məktəbdəki qətl söyüş üstündə olub – TƏFƏRRÜAT

İlham Əliyev BƏƏ Prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

İlham Əliyev BƏƏ Prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Prezidentlərin Şuşada geniş tərkibdə görüşü keçirildi – FOTO - YENİLƏNİB

Prezidentlərin Şuşada geniş tərkibdə görüşü keçirildi – FOTO - YENİLƏNİB

Tovuzlu futbolsevərlərə ŞAD XƏBƏR – VİDEO

Tovuzlu futbolsevərlərə ŞAD XƏBƏR – VİDEO

Rusiyanın PUA hücumuna NATO-dan SƏRT CAVAB – Polşa müharibə meydanına ÇEVRİLİR?

Rusiyanın PUA hücumuna NATO-dan SƏRT CAVAB – Polşa müharibə meydanına ÇEVRİLİR?

Bu tarixlərdə yararsız pullarınızı dəyişdirə bilməyəcəksiniz

Bu tarixlərdə yararsız pullarınızı dəyişdirə bilməyəcəksiniz

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirildi - FOTO

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirildi - FOTO

İlhamə Quliyevanın tacı görün kimə hədiyyə edildi

İlhamə Quliyevanın tacı görün kimə hədiyyə edildi

İndi hamı bu ailədən DANIŞIR: 7 uşaq atası ilə MÜSAHİBƏ

İndi hamı bu ailədən DANIŞIR: 7 uşaq atası ilə MÜSAHİBƏ

End of content

No more pages to load

RADİO