Türkiyə BRİCS-ə üzv olmaq üçün rəsmi müraciət edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən xəbər verib.
Mənbə bildirib ki, Türkiyə qlobal təsirini gücləndirmək və ənənəvi Qərb müttəfiqlərindən kənarda yeni əlaqələr qurmaq istəyən inkişaf etməkdə olan bazar ölkələri BRİCS qrupuna qoşulmağı rəsmi şəkildə xahiş edib.
Xatırladaq ki, daha öncə Azərbaycan BRICS-ə daxil olmaq arzusunu ifadə edib.
Qeyd edək ki, təşkilat onu təsis edən ölkələrin - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının ingilis dilində baş hərflərinə uyğun olaraq BRİCS adlandırılıb.
Hazırda isə təşkilatın 9 üzvü var: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, İran, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri.
Bizim.Media