Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda Milli Məclisə növbədənkənar parlament seçkiləri keçirilir.
Seçici aktivliyinin müşahidə olunduğu 23 saylı Nəsimi-Səbail dairəsi üzrə 4 saylı seçki məntəqəsinin sədri Naibə Kərimlinin Bizim.Media-ya verdiyi məlumata görə, siyahıda olan seçicilərin sayı 1283 nəfərdir. Onlardan 21-i daşınan qutu ərizəsiylə bağlı müraciət edib.
Bu saata qədər 380 vətəndaş səsvermədə iştirak edib.
Qeyd edək ki, məntəqənin seçiciləri arasında əməkdar artist, deputatlığa namizəd Elza Seyidcahan və Xalq artisti Zaur Rzayev də var.
Nəzrin Mirzəyeva, Bizim.Media