117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsinin 15 saylı seçki məntəqəsində yüksək seçici aktivliyi müşahidə olunur.
Bizim.Media xəbər verir ki, səhər saatlarından etibarən seçicilər səsvermədə iştirak etmək üçün məntəqəyə üz tutublar.
Qeyd edək ki, 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsindən 8 namizəd - Abdurrazakov Nizami Yaqub oğlu, Ağayev Qalib Allahverdi oğlu, Əbdürəhmanov Tural Ələsgər oğlu, Əzizova Günel Çingiz qızı, Fərəcova Səmayə Fikrət qızı, Haciyev Elçin Səda oğlu, İsmayilov Rahib Vəli oğlu, Qurbanov Eyvaz Daşdəmir oğlu deputat mandatı qazanmaq uğrunda mübarizə aparır.





Bizim.Media