Husilər Ədən körfəzində “Qroton” gəmisinə hücum olunduğunu elan ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Yəmənin üsyançı “Ənsar-Allah” hərəkatının nümayəndəsi Yəhya Səriya bildirib.
Onun sözlərinə görə, bu, husilərin konteyner gəmisinə ikinci hücumudur.
Bildirilib ki, əməliyyat dəniz qüvvələri, pilotsuz aviasiya qüvvələri və raket qüvvələri tərəfindən həyata keçirilib, gəmi birbaşa zərbə alıb.
Qeyd edilib ki, üsyançılar ilk dəfə avqustun 3-də ballistik raketlərdən istifadə edərək gəmiyə hücum ediblər.
Bizim.Media