Jan Lyuk Melanşonun ifrat solçu “Fəth edilməmiş Fransa” partiyası ölkə prezidenti Emmanuel Makrona qarşı impiçment proseduruna başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə partiyanın parlament fraksiyasının rəhbəri Matilda Panot özünün “X” hesabında məlumat yayıb.
“Konstitusiyanın 68-ci maddəsinə uyğun olaraq respublika prezidentinə qarşı impiçment prosedurunun başlanması haqqında qərar layihəsi birgə imzalanması üçün bu gün parlament üzvlərinə göndərilib”, - deyə Panot qeyd edib.
Bizim.Media