Bu gün İran prezidenti Məsud Pezeşkian ölkənin elm naziri Hüseyn Simayinin vəzifəsinin icrasına başlaması münasibətilə keçirilən mərasimdə professorların və tələbələrin universitetlərdən qovulmasını kəskin tənqid edib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri SNN televiziyası yayıb.
O, elm nazirinə göstəriş verərək deyib:
“İstəyirəm ki, işdən çıxarılan bütün professorların ləğv edilən müqavilələrinə yenidən baxılsın və qovulan tələbələr geri qaytarılsın. Tələbə etiraz edib sözünü deyə bilər. Səhv edirsə, ona yol göstərməliyik. Tələbə pis adam ola bilməz, ölkəmizin gələcəyidirlər. O, istədiyini soruşa bilər. Məntiqiniz varsa mənə cavab verin, əgər məntiqiniz yoxdursa, məntiqimi qəbul edin!”.
Bizim.Media