Dünən İran kinosunun tanınmış qadın rejissoru Rəxşan Bənietemad və məşhur aktrisa Baran Kövsəri “Həmişə kimsə yoxa çıxır” filminin premyerasında məcburi hicab qaydalarına riayət etmədikləri üçün cinayət məsuliyyətinə cəlb olunub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Radio Farda" nəşri yayıb.
Məlumata görə, filmin baş rol aktrisası Baran Kövsəri və Rəxşan Bənietemada qarşı Tehran Prokurorluğunda cinayət işi açılıb.
Bildirilib ki, hər iki qadın filmin premyerasına hicabsız şəkildə qatılıblar.
Bizim.Media