Sosial şəbəkədə Polad Bülbüloğlunun adından saxta videomüraciət YAYILDI

“Facebook” sosial şəbəkəsində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı (RF) fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun adından guya səhhətinin pis olması, həkimlərdən şikayət etməsi və məcburi müalicə kursu keçməsi barədə videomüraciət yayılıb.

Bizim.Media xəbər verir ki, Azərbaycanın RF-dəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, “deep-fake” texnologiyası ilə həyata keçirilən videomüraciət həqiqətə uyğun olmayan və yalan məlumat ehtiva edən kobud saxtakarlıqdır.
 

Diplomatik nümayəndəlik qeyd edib ki, belə bir müsahibə heç vaxt olmayıb və videoda nümayiş etdirilənlər Azərbaycanın “CBC” telekanalına bir dəfə verilən müsahibə əsasında başdan sona qədər hazırlanmış quramadır.


Saxta videoda P.Bülbüloğlunun ekrandakı nitqinin təsvirlə üst-üstə düşmədiyi aydın görünür.

“Bu saxtakarlığı görən hər kəsi orada yayılan təxribatlara inanmamağa çağırırıq. Sözügedən saxta videomüraciət ilə bağlı tərəfimizdən müvafiq tədbirlər görüləcək. Xüsusi təəssüf hissi ilə qeyd edirik ki, feysbuk sosial şəbəkəsi təkrar müraciətlərə baxmayaraq şikayətlərə heç bir reaksiya vermir və bu məzmunun bloklanması və ya silinməsi üçün heç bir tədbir görmür”, - deyə səfirlikdən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müdafiə Nazirliyindən valideynlərə daha bir MÜRACİƏT

Müdafiə Nazirliyindən valideynlərə daha bir MÜRACİƏT

Universitet müəllimi dünyasını dəyişdi

Universitet müəllimi dünyasını dəyişdi

“Polşanın ağılsız qərarı Avropaya zərbədir” - Belaruslu deputatdan EKSKLÜZİV AÇIQLAMA

“Polşanın ağılsız qərarı Avropaya zərbədir” - Belaruslu deputatdan EKSKLÜZİV AÇIQLAMA

Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 38 % artıb

Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 38 % artıb

Salatın Əsgərovanın oğlu Reabilitasiya Mərkəzinə yerləşdirildi - VİDEO

Salatın Əsgərovanın oğlu Reabilitasiya Mərkəzinə yerləşdirildi - VİDEO

Tanınmış iş adamı ilə bağlı cinayət işi başladı

Tanınmış iş adamı ilə bağlı cinayət işi başladı

Pakistanda hərbi konvoya hücum - 12 ÖLÜ

Pakistanda hərbi konvoya hücum - 12 ÖLÜ

“Ulduz” filminin Bəxtiyarı VƏFAT etdi

“Ulduz” filminin Bəxtiyarı VƏFAT etdi

Yol polisi gücləndirilmiş rejimə KEÇDİ

Yol polisi gücləndirilmiş rejimə KEÇDİ

Bazar günü hava necə OLACAQ?

Bazar günü hava necə OLACAQ?

Azərbaycanda kolbasa istehsalı 1,5 % artıb

Azərbaycanda kolbasa istehsalı 1,5 % artıb

Ağdamda 14 yaşlı yeniyetmə dəhşətli QƏZA törətdi – Sinif yoldaşı həyatını itirdi - FOTOLAR

Ağdamda 14 yaşlı yeniyetmə dəhşətli QƏZA törətdi – Sinif yoldaşı həyatını itirdi - FOTOLAR

Bu gün sizi nə GÖZLƏYİR? - BÜRCLƏR

Bu gün sizi nə GÖZLƏYİR? - BÜRCLƏR

"Avroviziya 2026" ləğv edilir?

"Avroviziya 2026" ləğv edilir?

Qubada BİABIRÇILIQ - 35 yaşlı kişiyə ərə verilən 15 yaşlı qızın TOYU dayandırıldı

Qubada BİABIRÇILIQ - 35 yaşlı kişiyə ərə verilən 15 yaşlı qızın TOYU dayandırıldı

Bakını “iflic” edən tıxaclar BAŞLAYIR - Nə etmək lazımdır?

Bakını “iflic” edən tıxaclar BAŞLAYIR - Nə etmək lazımdır?

Gənclər niyə BƏDBƏXTDİR?

Gənclər niyə BƏDBƏXTDİR?

Bu rayonlara QAR yağdı – İşıq KƏSİLDİ-VİDEO

Bu rayonlara QAR yağdı – İşıq KƏSİLDİ-VİDEO

Azərbaycan Türkiyədən aldığı geyimə görə nə qədər pul XƏRCLƏYİR?

Azərbaycan Türkiyədən aldığı geyimə görə nə qədər pul XƏRCLƏYİR?

Xocalının Seyidbəyli kəndinə ilk köç karvanı yola salınıb - FOTO

Xocalının Seyidbəyli kəndinə ilk köç karvanı yola salınıb - FOTO

Türkiyədə cinayət törədən qəssab Azərbaycana baqajda keçib

Türkiyədə cinayət törədən qəssab Azərbaycana baqajda keçib

Yol polisindən XƏBƏRDARLIQ - Azyaşlılar sükan arxasına keçməsin!

Yol polisindən XƏBƏRDARLIQ - Azyaşlılar sükan arxasına keçməsin!

Marsda həyat izləri tapılıb? - NASA alimləri çox nikbin danışır

Marsda həyat izləri tapılıb? - NASA alimləri çox nikbin danışır

Kredit tarixçəsi pis olanların NƏZƏRİNƏ

Kredit tarixçəsi pis olanların NƏZƏRİNƏ

End of content

No more pages to load

RADİO