Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə parlament seçkilərinin oktyabrın 26-na təyin edilməsinə dair sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.
“Mən bununla bağlı müvafiq sərəncamı artıq imzalamışam. Həmin gün xalq üçün qərar vermək və seçim etmək zamanıdır.
Xalqın seçimi uzunmüddətli perspektivdə ölkəmizin gələcəyini müəyyən edəcəyi üçün budəfəki səsvermə əvvəlkilərdən özünün qeyri-adiliyi ilə fərqlənəcək”, - deyə Zurabişvilinin bəyanatında qeyd edilib.
Bizim.Media