Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, son olaraq Almaniyanın “Auqsburq” komandasında çıxış edən Feliks Uduoxai transfer edilib.
Almaniya vətəndaşı olan 26 yaşlı müdafiəçi 2024/2025 mövsümünün sonunadək icarəyə götürülüb. “Ağ-qaralar” mövsümün sonunda oyunçunu almaq hüququna malikdir. Feliks Uduoxai 2020-ci ildən Bundesliqa klubunun formasını geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media