"İstehsal etdiyimiz ilk ballistik raket uğurla sınaqdan keçirilib".
Bizim.Media “pravda.com.ua” saytına istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski mətbuat konfransında deyib.
Bununla belə o, sınağın təfərrüatlarını açıqlamayıb.
V. Zelenskinin sözlərinə görə, ölkənin müdafiə sənayesi müəssisələri fəaliyyətini fasiləsiz rejimdə davam etdirir.
Bizim.Media