“Neftçi”dən ayrılacağı gözlənilən Qara Qarayevi heyətinə cəlb etmək istəyən klubların sayı artır.
Bizim.Media xəbər verir ki, futbolçuya növbəti təklif “Turan Tovuz”dan gəlib.
Qərb klubunun rusiyalı baş məşqçisi Kurban Berdıyev təcrübəli futbolçunu komandasında görmək istəyir. Hazırda tərəflər arasında maliyyə məsələsi ilə bağlı danışıqlar aparılır.
Qeyd edək ki, Qara Qarayevi əsas heyət oyunçusu kimi görmək istəməyən baş məşqçi Roman Qriqorçuk onu əvəzedici heyətə göndərib. Futbolçunun “Neftçi” ilə müqaviləsinin olmasına baxmayaraq, paytaxt klubu onu transfer haqqı almadan buraxmağa hazırdı.
Bizim.Media