Ermənistanda bir nəfər eşşəyə minərək İrəvan şəhərində yerləşən parlamentin binasının yanına gəlib. Həmin şəxsin Tavuş rayonunun Açacur kəndinin 36 yaşlı sakini Sevada Qukasyan olduğu müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “armeniasputnik.am” saytı yayıb.
Hadisə 10 mayda baş verib. Kəndlilərin “Zazo” adlandırdığı eşşəyi minən adam məqsədini belə izah edib. O, Baş nazir Nikol Paşinyanı eşşəyə mindirərək İcevana aparmaq istəyib.
Öz növbəsində İrəvan polisinin mətbuat xidməti “Sputnik Ermənistan”a onun bir gün əvvəl polis bölməsinə aparıldığını, lakin sərbəst buraxıldığını bildirib.
Axtarış zamanı Qukasyanın şalvarının cibindən sarı-yaşıl rəngli bir kütlə tapılıb. Ekspertiza təyin edilib, hazırda materiallar hazırlanır.
Bizim.Media