COP29 çərçivəsində 60 sənədin qəbul olunması nəzərdə tutulur

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində 60 sənədin qəbul olunması nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bu barədə COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev “29 İqlim Söhbəti: COP29-a gedən yol”: “COP29 üçün effektiv kommunikasiya strategiyaları” media seminarında jurnalistlərə açıqlamasında deyib.

COP29-un böyükmiqyaslı qlobal proses olduğunu diqqətə çatdıran Yalçın Rəfiyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının proqramını açıqlayıb:

“Noyabrın 11-də Bakıda COP29-un açılış mərasimi baş tutacaq. Noyabrın 12-13-də hökumət rəsmilərinin sammiti keçiriləcək. Noyabrın 14-dən 22-dək artıq tematik günlər olacaq. Bu günlərdə mövzular kənd təsərrüfatı, ərzaq və digər sahələrlə bağlı olacaq. Bununla yanaşı, rəsmi və qeyri-rəsmi platformalar yaradılacaq. Dövlətlərin bu məsələdə konstruktiv yanaşması bizi sevindirir. Bu yaxınlarda COP29-un gündəliyində dayanan əsas məsələlərin müzakirəsi məqsədilə Şamaxıda nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində qeyri-formal məsləhətləşmələr keçirildi. Belə tədbirlər COP29-dək davamlı olaraq təşkil olunacaq.

Ümumiyyətlə, noyabrın 11-dən 22-dək keçiriləcək COP29 çərçivəsində 20-dən çox rəsmi nümayəndə ilə enerji məsələləri, kənd təsərrüfatı, texnologiya və digər mövzularda 60-dan çox sənədin qəbul olunması gözlənilir. Bu, baş tutmuş son 5 Tərəflər Konfransı arasında ən çox sənədin qəbul olunacağı COP olacaq”, - deyə Y.Rəfiyev vurğulayıb.

COP29 çərçivəsində maliyyələşmə mövzusunda bir sənədin (Yeni Kollektiv Cəmiyyət Hədəfi) qəbul olunacağını qeyd edən Yalçın Rəfiyev bildirib ki, bu sənəd əksər dövlətlər üçün bir növ Paris Sazişinin əhəmiyyətinin qalıb-qalmaması üçün bir sınaqdır: “Əgər bu sənəd qəbul olunsa, bütün inkişaf etməkdə olan ölkələr zəruri maliyyə ilə təmin olunacaqlar ki, öz iqlim fəaliyyətlərini maliyyələşdirsinlər. Hazırda ambisiyalar böyükdür. Bütün dövlətlər hesab edir ki, 1,5°C hədəfinə nail olmaq üçün ambisiyalı hədəflər seçmək lazımdır, misal üçün emissiyaları azaltmaq və s. Lakin bütün bu ambisiyalı fəaliyyəti reallaşdırmaq üçün maliyyə lazımdır. Buna görə də üç icra forması mövcuddur - maliyyə, texnologiyalar, qabiliyyət quruculuğu”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mahmud Qurbanov: “”Qarabağ” Bakıya sərfəli nəticə ilə qayıda bilər”

Mahmud Qurbanov: “”Qarabağ” Bakıya sərfəli nəticə ilə qayıda bilər”

BİZİM TƏQVİM: 16 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 16 sentyabrda baş vermiş tarixi hadisələr

Zaqatalada fındıq bağında meyit TAPILDI

Zaqatalada fındıq bağında meyit TAPILDI

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Buna görə ad günü keçirtmir

Buna görə ad günü keçirtmir

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

End of content

No more pages to load

RADİO