Dünyada İLK - Ağciyər xərçənginə qarşı peyvənd sınaqlarına BAŞLANDI

Həkimlər xəstələrdə mRNT-dən (Matris ribonuklein turşusu, digər adla informasiya RNT-si - zülalların ilkin strukturu haqqında məlumatları ehtiva edir - red.) istifadə edərək, ağciyər xərçənginə qarşı dünyada ilk peyvəndi sınaqdan keçirməyə başlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Bildirilib ki, mütəxəssislər bu məhsulun minlərlə insanın həyatının xilas edilməsi istiqamətində "novator" potensialını yüksək qiymətləndiriblər.

Qeyd edilib ki, ağciyər xərçəngi dünyada xərçəngdən ölüm hallarının əsas səbəbidir və ildə təxminən 1.8 milyon insanın ölümünə gətirib çıxarır. Xəstəliyin inkişaf etmiş formalarında və şişlərin yayıldığı xəstələrdə sağ qalma göstəriciləri xüsusilə aşağıdır.

Lakin hazırda mütəxəssislər yeni preparatı sınaqdan keçirirlər ki, bu, orqanizmə xərçəng hüceyrələrini izləmək və məhv etmək, daha sonra isə onların yenidən yaranmasının qarşısını almaq üçün əmr verir. BNT116 adı ilə tanınan və "BioNTech" şirkəti tərəfindən istehsal olunan peyvənd xəstəliyin ən çox yayılmış forması olan qeyri-kiçik hüceyrəli ağciyər xərçənginin müalicəsi üçün nəzərdə tutulub.

Məlumata görə, BNT116-nın insanlar üzərində ilk sınağı olan 1-ci mərhələ klinik sınaqlara yeddi ölkədə - Böyük Britaniya, ABŞ, Almaniya, Macarıstan, Polşa, İspaniya və Türkiyədə 34 tədqiqat mərkəzində başlanılıb.

Ümumilikdə, təxminən 130 xəstə immunoterapiya ilə birlikdə peyvəndi almaq üçün qeydiyyata alınacaq. Təxminən 20 nəfər Böyük Britaniyadan olacaq.

Peyvənddə COVID-19 peyvəndlərinə analoji olaraq, RNT-dən (mRNT) istifadə edilir və bununla da immunitet sisteminə bədəni xərçəng hüceyrələri ilə mübarizəyə hazırlamaq imkanı verir.

Məqsəd ondan ibarətdir ki, kimyaterapiyadan fərqli olaraq, sağlam hüceyrələrə təsir etmədən insanın xərçəngə qarşı immun reaksiyası artırılsın.

"The Guardian" yazır ki, Londondan olan 67 yaşlı Yanuş Ratz Böyük Britaniyada peyvənd olunan ilk şəxs olub. Ona may ayında diaqnoz qoyulub və qısa müddət sonra kimya və şüa müalicəsinə başlayıb.

Avqustun 20-də Yanuş Ratz Los-Ancelesdə Kaliforniya Universitetinin Milli Tibbi Araşdırmalar İnstitutunun Klinik Tədqiqatlar Mərkəzində 30 dəqiqə ərzində beş dəqiqəlik intervallarla, altı ardıcıl inyeksiya qəbul edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mehriban xanım üşüyən qızın çiyninə ədyal örtdü - VİDEO

Mehriban xanım üşüyən qızın çiyninə ədyal örtdü - VİDEO

Gəncədən günün FOTOLARI

Gəncədən günün FOTOLARI

Netanyahu: "İsrail İranın zənginləşdirilmiş uranı harada saxladığını bilir"

Netanyahu: "İsrail İranın zənginləşdirilmiş uranı harada saxladığını bilir"

Anasının qatilinin oğluna ərə getdi

Anasının qatilinin oğluna ərə getdi

Türkiyə Suriyada əməliyyat keçirdi: 8 terrorçu məhv edildi

Türkiyə Suriyada əməliyyat keçirdi: 8 terrorçu məhv edildi

III MDB Oyunları: Azərbaycan medal sıralamasında 4-cü pillədədir

III MDB Oyunları: Azərbaycan medal sıralamasında 4-cü pillədədir

“Sabah” - “Sumqayıt” oyununda işıqlar söndü - ANBAAN VİDEO

“Sabah” - “Sumqayıt” oyununda işıqlar söndü - ANBAAN VİDEO

İlham Əliyev və Mehriban Əliyeva şəhid övladları ilə görüşdü - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva şəhid övladları ilə görüşdü - VİDEO

MDB Oyunlarının açılışında "DƏMİR YUMRUQ" nümayiş etdirildi - VİDEO

MDB Oyunlarının açılışında "DƏMİR YUMRUQ" nümayiş etdirildi - VİDEO

ABŞ-dan KREMLƏ: "Rusiya ayılmalı və reallığı etiraf etməlidir”

ABŞ-dan KREMLƏ: "Rusiya ayılmalı və reallığı etiraf etməlidir”

Himnimizi yeni formatda ifa etdilər - VİDEO

Himnimizi yeni formatda ifa etdilər - VİDEO

Azərbaycana qarşı daha bir təxribat - Bu foto saxtadır

Azərbaycana qarşı daha bir təxribat - Bu foto saxtadır

Prezidentlə xanımının uşaqlarla səmimi anları - VİDEO

Prezidentlə xanımının uşaqlarla səmimi anları - VİDEO

III MDB Oyunlarında təhlükəsizlik belə təmin edilir - FOTO

III MDB Oyunlarında təhlükəsizlik belə təmin edilir - FOTO

Zeynəb Xanlarova nəvəsinin toyunda GÖRÜNTÜLƏNDİ - VİDEO

Zeynəb Xanlarova nəvəsinin toyunda GÖRÜNTÜLƏNDİ - VİDEO

Gəncədə dron şousu - VİDEO

Gəncədə dron şousu - VİDEO

Mehriban Əliyeva III MDB Oyunlarının açılış mərasimindən paylaşım etdi - FOTO

Mehriban Əliyeva III MDB Oyunlarının açılış mərasimindən paylaşım etdi - FOTO

Vətən müharibəsinin möhtəşəm simvolu - VİDEO

Vətən müharibəsinin möhtəşəm simvolu - VİDEO

Futbol hakimi matç öncəsi bıçaqlandı

Futbol hakimi matç öncəsi bıçaqlandı

Səhnəyə dəvələrlə çıxdılar - VİDEO

Səhnəyə dəvələrlə çıxdılar - VİDEO

MDB oyunlarının açılış mərasimindən GÖRÜNTÜLƏR

MDB oyunlarının açılış mərasimindən GÖRÜNTÜLƏR

Zeynəb Xanlarova nəvəsinə TOY EDİR - VİDEO

Zeynəb Xanlarova nəvəsinə TOY EDİR - VİDEO

Sürücülər imtahan verdi

Sürücülər imtahan verdi

Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazandı - FOTO

Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazandı - FOTO

End of content

No more pages to load

RADİO