"Bizim Cəbiş müəllim"in Makedonu: "Məni sayan, yada salan olmadı"

"Mən heç kimdən küsməmişəm, heç kimdən də inciməmişəm. Heç kimlə danışmıram, görüşmürəm. Xoşlamıram, sevmirəm. Televiziyalardan dəvət edirlər, imtina edirəm. Bu yaşımda lazım deyil ki, efirlərə çıxım. İki filmə çəkilmişəm, bəsimdir. Sadəcə olaraq aidiyyəti qurumlardan bu illər ərzində məni yada salan olmayıb. Nə nazirlik tərəfdən sayıblar, nə də kino işçiləri sayıblar. Ona görə də mən onları tanımıram, heç tanımaq da istəmirəm".

Bizim.Media xəbər verir ki, bunu moderator.az-a açıqlamasında "Bizim Cəbiş müəllim" filminin "Makedon"u Aqil Ağacanov deyib.

O daha sonra hazırkı işindən danışıb.

"Xalqımla fəxr edirəm. Allah cansağlığı versin hamıya. Mənim sənətim şef-aşpazdır. Bakının ən yaxşı restoranlarında çalışmışam. Pirşağıdakı "Qızılqum" sanatoriyasında uzun müddət şef-aşpaz işləmişəm. Ondan sonra toylara dəvət ediblər, kababçı getmişəm. Bütün Azərbaycan xorəklərini bişirə bilirəm.

1971-ci ildə restoranda işləyəndə heç bizim aşpazlar bilmirdilər ki, "Kiyev kotleti" nədir? Bunları mən Ukraynada öyrənib gəlmişəm. Bu mənim sənətimdir.

45 il toylara getmişəm. 75 yaşım da tamam oldu", - deyə o bildirib.

Aqil Ağacanov bildirib ki, filmdə çəkildiyi həmkarları ilə bu gün əlaqə saxlamır.

"Tez-tez görürəm ki, onlar müsahibə verib deyirlər ki, "Makedon"la əlaqəmiz yoxdur. Mənim də heç onlarla əlaqəm yoxdur. Onlar da bir uşaq kimi filmə çəkiliblər, qurtardı getdi. Onlarla nə əlaqəm olacaqdı ki?! Hərənin öz işi-gücü var.

Oturmuşam öz evimdə-eşiyimdə. Bağım-bağatım, nəvələrim yanımda. Mən 5 babamı tanıyıram. Bizim əslimiz Xorasandan gəlmə türklərdir. Bu gündən sonra mənə heç nə lazım deyil. Dövlətim də pensiya verir, dolanıram, şükür Allaha. Mənə bu gündən sonra kino lazımdır?" - deyə Aqil Ağacanov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Azərbaycan millisi Farer adalarına da böyük hesabla UDUZDU

Azərbaycan millisi Farer adalarına da böyük hesabla UDUZDU

Hikmət Hacıyev Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO

Hikmət Hacıyev Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

Neftin qiyməti 109 dollara ÇATDI

Neftin qiyməti 109 dollara ÇATDI

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

Bu şəxslərin maaşı ARTDI

Bu şəxslərin maaşı ARTDI

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

End of content

No more pages to load

RADİO