Dünya şöhrətli amerikalı müğənni Beyonce yeni bizneslə məşğul olacaq.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, müğənni özünün viski markasını yaradıb.
Alkoqollu içki ilə bağlı ilk təcrübəsi olan Beyonce içkilərini babasının şərəfinə "SirDavis" adlandırıb.
Qeyd edilir ki, viski 2024-cü ilin sentyabrında ABŞ, Böyük Britaniya, Fransa və Yaponiyada satışa çıxarılacaq.
"SirDavis"in dadına baxmaq istəyənlər isə bir şüşəsinə 89 dollar (təxminən 151 AZN) ödəməli olacaqlar.
Bizim.Media