COP29 Azərbaycan Əməliyyat Şirkəti qida təhlükəsizliyi üzrə təlimlərə başladı - FOTO

Noyabrın 11-dən 22-dək ölkəmizdə keçiriləcək COP29 konfransına hazırlıq işləri çərçivəsində COP29 Azərbaycan Əməliyyat Şirkəti yerli hotellərin təhlükəsizlik və dayanıqlılıq səriştələrinin artırılması istiqamətində təlim proqramının icrasına başlayıb. Əməliyyat Şirkətinin qida təhlükəsizliyi üzrə eksperti Bakıdakı və milli ulduz təsnifatına uyğun aparıcı hotellərdə “Qida təhlükəsizliyi – 2-ci səviyyə” təlimi keçirir.

Əməliyyat Şirkətinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, təlim proqramı beynəlxalq qida təhlükəsizliyi tələb və qaydalarının baza prinsipləri əsasında Azərbaycana məxsus yerli xüsusiyyətlər nəzərə alınmaqla tərtib edilib.

Həmçinin Ətraf Mühitin Sağlamlığı üzrə Lisenziyalı İnstitut (CIEH - Chartered Institute of Environmental Health) tərəfindən təsdiqlənib. Proqramın əsas məqsədi COP29 konfransı zamanı dünyanın müxtəlif ölkələrindən Azərbaycana səfər edəcək çoxsaylı ziyarətçilərin ən yüksək qida təhlükəsizliyi standartlarına uyğun müstəsna iaşə və qonaqlama təcrübəsini təmin etməkdir.

Qida tədarükçüləri, hotel, restoran və ictimai iaşə obyektlərinin əməkdaşları üçün nəzərdə tutulan bu proqram çərçivəsində ilk təlimlər avqustda təşkil olunub.

Hotel şəbəkələrində göstərilən xidmətlərin təkmilləşdirilməsi və işçi heyətlərin səriştələrinin artırılmasına yönələn təlimlərin məzmunu qida təhlükəsizliyinin bütün kritik aspektlərini əhatə edir. Qida məhsullarının hazırlanmasından paylanmasına qədər olan prosesdə faydalı təcrübələr, qidalanmanın idarə edilməsində gigiyena qaydaları, xidmət sahəsində çalışan əməkdaşların şəxsi məsuliyyətinin vacibliyi və bir sıra digər mühüm mövzular proqramda əksini tapıb. İştirakçılar, həmçinin səmərəli preventiv və nəzarət tədbirləri, qidaların təhlükəsiz saxlanma qaydaları və digər təlimatlardan istifadə edə bilirlər.

Təlim proqramı paytaxtın bir sıra digər hotellərini də əhatə etməklə oktyabrın sonunadək davam edəcək.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakcell və Visa tərəfdaşlığa başlayır

Bakcell və Visa tərəfdaşlığa başlayır

Düşmənin dayaq məntəqəsində 5 ildən sonra nələr tapıldı? – VİDEO

Düşmənin dayaq məntəqəsində 5 ildən sonra nələr tapıldı? – VİDEO

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Avtomobil gətirmək adı ilə yarım milyonluq dələduzluq – VİDEO

Avtomobil gətirmək adı ilə yarım milyonluq dələduzluq – VİDEO

Bakıdakı qəzalı binaların sayı AÇIQLANDI

Bakıdakı qəzalı binaların sayı AÇIQLANDI

Tanınmış aktrisanın barda içkisinə nəsə qatdılar – SONRA İSƏ… - FOTO

Tanınmış aktrisanın barda içkisinə nəsə qatdılar – SONRA İSƏ… - FOTO

Bu ərazidən “28 May” metro stansiyasınadək tramvay xətti çəkiləcək

Bu ərazidən “28 May” metro stansiyasınadək tramvay xətti çəkiləcək

Pomidoru niyə soyuducuda saxlamaq olmaz?

Pomidoru niyə soyuducuda saxlamaq olmaz?

Mehriban Zəkinin dələduzların hədəfinə çevrilməsi ilə bağlı “Kapital Bank”dan AÇIQLAMA– FOTO

Mehriban Zəkinin dələduzların hədəfinə çevrilməsi ilə bağlı “Kapital Bank”dan AÇIQLAMA– FOTO

Naxçıvandan keçən dəmir yolunun tikintisinə BAŞLANILACAQ

Naxçıvandan keçən dəmir yolunun tikintisinə BAŞLANILACAQ

“Çox yalnızam, sevgilim yoxdur”

“Çox yalnızam, sevgilim yoxdur”

Formula-1 pilotu söyüş söydüyünə görə CƏZALANDIRILDI

Formula-1 pilotu söyüş söydüyünə görə CƏZALANDIRILDI

Xəstəxanada iynə vurulan 72 yaşlı qadın DÜNYASINI DƏYİŞDİ

Xəstəxanada iynə vurulan 72 yaşlı qadın DÜNYASINI DƏYİŞDİ

Seçkiöncəsi mübarizə kəskinləşir – Ermənistandakı son vəziyyətlə bağlı İşxan Verdyandan ÖZƏL AÇIQLAMA

Seçkiöncəsi mübarizə kəskinləşir – Ermənistandakı son vəziyyətlə bağlı İşxan Verdyandan ÖZƏL AÇIQLAMA

Mətbəxinizdə varsa, dərhal atın

Mətbəxinizdə varsa, dərhal atın

Bakıda bu ərazidə evlər PLANA DÜŞDÜ - 2700 AZN kompensasiya veriləcək

Bakıda bu ərazidə evlər PLANA DÜŞDÜ - 2700 AZN kompensasiya veriləcək

Putin Qırğız dilində “Salam, əsgər!” dedi – VİDEO

Putin Qırğız dilində “Salam, əsgər!” dedi – VİDEO

Biləcəridə işıq kəsiləcək

Biləcəridə işıq kəsiləcək

Restoranlar toylarda Monqolustan və Ukrayna ətləri verir - Toy sahibləri ALDADILIR

Restoranlar toylarda Monqolustan və Ukrayna ətləri verir - Toy sahibləri ALDADILIR

“Napoli” – “Qarabağ” matçının ən yaxşısı MƏLUM OLDU

“Napoli” – “Qarabağ” matçının ən yaxşısı MƏLUM OLDU

Valideyn-övlad münasibətlərində QIRMIZI XƏTT – Həddindən artıq fədakarlığın ACI NƏTİCƏLƏRİ

Valideyn-övlad münasibətlərində QIRMIZI XƏTT – Həddindən artıq fədakarlığın ACI NƏTİCƏLƏRİ

Aktyor həyat yoldaşına ev hədiyyə etdi

Aktyor həyat yoldaşına ev hədiyyə etdi

Kiyev ABŞ-ın planını qəbul etməyə hazırdır, amma 3 maddəni rədd edir - FOTO

Kiyev ABŞ-ın planını qəbul etməyə hazırdır, amma 3 maddəni rədd edir - FOTO

Ermənistan rəsmiləri Bakıya GƏLDİ - FOTO

Ermənistan rəsmiləri Bakıya GƏLDİ - FOTO

End of content

No more pages to load

RADİO