COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil (Simon Stiell) Ev Sahibliyi Sazişi imzalayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" hesabında məlumata verilib.
“Bu saziş Azərbaycanın bütün tərəflərin ehtiyaclarını, prioritetlərini əks etdirən və bütün səslərin eşidiləcəyi əlçatan, əhatəli və şəffaf konfransın keçirilməsinə sadiqliyini vurğulayır”,- məlumatda qeyd edilib.
Bizim.Media