Azərbaycanın gənc avarçəkənləri Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək kayak və kanoe üzrə dünya çempionatında iştirak edəcəklər.
Bizim.Media xəbər verir ki, ölkəmizi yarışda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası adından 2 idmançı təmsil edəcək.
Kanoe yarışında Paşa Əsgərov mükafatçılar sırasına düşməyə çalışacaq.
Kayak növündə isə Ceyhun Vəlixanov mübarizə aparacaq. Mundial avqustun 23-25-də gerçəkləşəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media