"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tədbirlərində iştirakına gəlincə, İrəvanın təşkilatla əməkdaşlığa qayıtması üçün qapılar açıqdır. Ermənistanın təhlükəsizliyi üçün KTMT-dən başqa variant yoxdur".
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, son nəticədə bu ölkənin sabitliyinin təminatçısı kimi KTMT və Rusiyanın alternativ yoxdur:
“Bu, illər yox, əsrlər boyu sınanmış, erməni xalqı tərəfindən yüksək qiymətləndirilmiş və Ermənistanın tarixində öz əksini tapmış məsələdir. Nəşr olunan hər hansı psevdodərslik bu yazılanları dəyişdirə bilməz".
Bizim.Media