COP29 Məlumat Mərkəzində iqlim və inklüzivlik mövzularında sessiyalar keçirildi - FOTO

COP29 Məlumat Mərkəzində maarifləndirmə məqsədilə həftə sonları keçirilən silsilə tədbirlərin davamı olaraq avqustun 17-də və 18-də interaktiv sessiyalar təşkil edilib.

Bizim.Media xəbər verir ki, iqlim, ekologiya, dayanıqlı gələcək və inklüzivlik mövzularına həsr edilən sessiyaların birinci günü uşaqların bu mövzularda məlumatlılığının artırılması məqsədilə yaradıcı master-klaslar, ikinci günü isə müvafiq sahələrdən olan ekspertlərin iştirakı ilə trend-sessiya təşkil edilib.

Sessiyanın ilk günündə uşaqlar üçün dayanıqlı həyat tərzi üzrə praktiki bacarıqların formalaşdırılmasına yönələn “Orqanik məktəb” master-klasları, həmçinin ətraf mühitin mühafizəsi məsələlərini kreativ şəkildə canlandıran “Plastik və balıqlar” və “Ağaca suallar” adlı immersiv şoular keçirilib. Tədbirdə uşaqlar planetimizin üzləşdiyi ekoloji problemlər, onların həllində hər bir fərdin üzərinə düşən məsuliyyət və dayanıqlı təşəbbüslərin vacibliyi barədə məlumatlandırılıb.
 

Tədbirin ikinci günü keçirilən inklüzivlik mövzusunda müzakirə sessiyası isə müvafiq sahələri təmsil edən ekspertlərin iştirakı ilə iqlim və inklüzivliyin sağlam həyat tərzi, təhsil, incəsənətlə sıx əlaqəsinin vurğulanmasına yönəlib.


Trend-sessiyada iqlim dəyişikliyinin xüsusi qayğıya ehtiyacı olan insanlara təsiri, iqlim dəyişikliyi ilə mübarizədə göstərilən qlobal səylərdən heç kimin kənarda qalmamasını təmin etmək üçün dayanıqlı təşəbbüslər, inklüziv siyasət və təcrübələrin iqlim fəaliyyətinə inteqrasiyasına dair anlayışlar barədə müzakirələr aparılıb.

“EkoSfera” Sosial-Ekoloji Mərkəz İctimai Birliyinin təşkilatçılığı və birliyin rəhbəri Firuzə Sultanzadənin moderatorluğu ilə keçirilən sessiyada ekspert qismində iştirak edən Azərbaycan Sahibkarlar və İşəgötürənlər Təşkilatları Konfederasiyasının Baş katibi, “Birgə və Sağlam” İctimai Birliyinin Məşvərət Şurasının sədri Natəvan Məmmədova, “DanceAbility Azerbaijan” inklüziv rəqs mərkəzinin təsisçisi Nigar Sultanova, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin psixoloqu Günel Abdullayeva bilik və təcrübələrini bölüşüblər.

Müzakirələrdən sonra iştirakçıların sualları cavablandırılıb.

Tədbirin sonunda “DanceAbility” metodu üzrə qurulan inklüziv rəqs performansı nümayiş etdirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mahmud Qurbanov: “”Qarabağ” Bakıya sərfəli nəticə ilə qayıda bilər”

Mahmud Qurbanov: “”Qarabağ” Bakıya sərfəli nəticə ilə qayıda bilər”

BİZİM TƏQVİM: 16 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 16 sentyabrda baş vermiş tarixi hadisələr

Zaqatalada fındıq bağında meyit TAPILDI

Zaqatalada fındıq bağında meyit TAPILDI

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Buna görə ad günü keçirtmir

Buna görə ad günü keçirtmir

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

End of content

No more pages to load

RADİO