Fransanın Xarici Kəşfiyyat İdarəsinin (DGSE) keçmiş rəhbəri Bernard Bajole mühakimə oluna bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Fransa mətbuatı yazıb.
Mənbə qeyd edir ki, Bajole kəşfiyyat xidmətinin rəhbəri olarkən bir iş adamından hədə-qorxu ilə 15 milyon avro tələb edib və onu cinayət təqibi ilə qorxudub.
İndi kəşfiyyatçının özü cinayət işi ilə üz-üzə qalıb.
Bizim.Media