Deputatlığa namizəd Günay Ağamalı Salyanın Kür Qaraqaşlı kəndində seçicilərlə görüşdü – FOTO/VİDEO

Günay Ağamalı Salyan rayonunun Kür Qaraqaşlı kəndində seçicilərlə görüş keçirib.

Bizim.Media xəbər verir ki, Kür Qaraqaşlı kənd Mədəniyyət Evində keçirilən görüşdə Xocalı, Beştalı, Ərəbqardaşbəyli və Cəngan kəndlərindən olan seçicilər iştirak edib.

Öncə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına Şəhadətə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Günay Ağamalının vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova və Günaydın Əhədova namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştrakçılarına geniş məlumat veriblər.

Tədbirdə çıxış edən Günay Ağamalı görüşə gələn seçicilərə minnətdarlığını və təşəkkürünü bildirib, deputatlığa namizədliyinin Ana Vətən Partiyasından 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə irəli sürüldüyünü diqqətə çatdırıb. 

Təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi bütün görüşlərdə ağsaqqallardan, ağbirçəklərdən xeyir-dua aldığını deyən G.Ağamalı salyanlıların hər zaman xalqına, dövlətçiliyinə çox bağlı olduqlarını bildirib. O, Salyan torpağının böyük şəxsiyyətlər və mütəfəkkirlər yetirdiyini xüsusi olaraq qeyd edib.

“Biz Heydər Əliyevin yaradıcısı olduğu müqəddəs yolun yolçularıyıq, davamçılarıyıq. Bu müqəddəs yolda olmağımızla qürur duyuruq”,- deyən G.Ağamalı Ulu Öndərmiz Heydər Əliyevin siyasi kursunu bu gün Prezident İlham Əliyevin və hər bir azərbaycanlının sevimlisi olan I Vitse-Prezident Mehriban Xanım Əliyevanın uğurla davam etdirdiyini diqqətə çatdırıb. 

G.Ağamalı bu gün Azərbaycanın dünyada qalib ölkə kimi tanındığını, böyük söz, nüfuz sahibi olduğunu və ölkəmizin bütün sahələrdə sürətlə inkişaf etdiyini bildirdi. 

Qeyd etdi ki, xalqımız 44 günlük Vətən müharibəsində ölkə Prezidentinin ətrafında Dəmir Yumruq kimi birləşərək, həmrəylik nümayiş etdirdi. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü, qəhrəmanlıqları ilə erməni faşizmi üzərində tarixi Qələbə qazanıb. 

Günay Ağamalı dövlətimiz tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıdan danışaraq, hər zaman onların yanında olacağını bildirib.

Daha sonra G.Ağamalı seçki platformasını görüş iştirakçılarının diqqətinə çatdırdı. O, platformasında Salyan-Biləsuvar-Neftçala rayonları ilə bağlı öhdəliklər, erkən nikah, peşə təhsili, şəhid ailələrinə, yaşlı insanalara, kimsəsiz qocalara diqqət yetirilməsi, qadın və uşaqların hüquqlarının müdafiəsi və digər istiqamətləri əhatə etdiyini söyləyib.

“Çalışacağam ki, sizlərdən biri olum, sizin səsiniz olum, sözünüz olum, sizin haqqınız olum, sizin hüquqlarınızın müdafiəçisi olum” deyən Günay Ağamalı deputat seçiləcəyi təqdirdə onların problemlərinin səlahiyyəti çərçivəsində həll olunması üçün səylə çalışacağını vurğuladı.

Görüş iştirakçıları sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə fəal iştrak edəcəklərini və deputatlığa namizəd Günay Ağamalıya dəstək olacaqlarını, ona səs verəcəklərini bildiriblər.

Günay Ağamalının 65 saylı Salyan- Biləsuvar-Neftçala seçki dairəsində görüşləri davam edir.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

Əfqanıstanda daşqınlar: 17 ölü var

Əfqanıstanda daşqınlar: 17 ölü var

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

Gəncədə ağır qəza - 4 yaralı var - FOTO

Gəncədə ağır qəza - 4 yaralı var - FOTO

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

End of content

No more pages to load

RADİO