Bu gün İranın Kerman-İranşəhr magistralında sərnişin avtobusu aşıb.
Bizim.Media “Mehr News” nəşrinə istinadən xəbər verir ki, bu barədə informasiyanı İranşəhr Təcili Yardım İdarəsinin rəisi Əlirza İrəndeqani yayıb.
Onun sözlərinə görə, hadisə səhər saat 03:53 radələrində baş verib. Nəticədə 6 nəfər ölüb, 18 nəfər yaralanıb.
O, qeyd edib ki, yaralılar ambulanslarla xəstəxanaya aparılıblar.
Bizim.Media