İsrailin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində Hizbullah-ın raket bölməsinin əsas əməliyyatçısı Əli Hüseyn məhv edilib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat verib.
Məlumata görə, təşkilatın hərbi qanadının silahlılarının yerləşdiyi bina da dağıdılıb.
Bundan əlavə, İsrail ordusunun mətbuat xidməti Livanın şərqindəki Baalbek şəhərində Hizbullahın silah anbarlarına hücumları təsdiqləyib.
Bizim.Media