"Real"ın hücumçusu Kilian Mbappe ispaniyalı tennisçi Rafael Nadala La Liqada debüt oyununda geyindiyi formanı hədiyyə edib.
Bizim.Media xəbər verir ki, avqustun 18-də Madrid klubu İspaniya çempionatının 1-ci turu çərçivəsində səfərdə "Malyorka" ilə heç-heçə edib (1:1).
Bu görüşü Rafael Nadal da stadiondan izləyib.
Matç başa çatdıqdan sonra Mbappe Nadala öz formasını verib.
Bizim.Media