Bonus kartları ilə bağlı XƏBƏRDARLIQ – Məlumatlarınız oğurlana bilər

Onlayn  və nağdsız alış-veriş qayğılarımızı bir qədər azaltsa da, heç də ən ideal seçim deyil. Çünki internet üzərindən aparılan istənilən əməliyyat zaman biz özümüz haqqında bəzi məlumatları bəyan etmiş oluruq.

Hətta mağazalara özəl bonus kartları belə bizim üçün müəyyən risklər yaradır. Söhbət bizlərin şəxsi məlumatlarından gedir.
 

MÖVZU İLƏ BAĞLI:

Diqqətli olun! - Kartınızdakı bütün pullar oğurlana bilər - VİDEO


Məsələn, mağazalardan endirim kartlarını kassada qeydiyyatdan keçirərkən təqdim olunan məlumatlar bir insanın harada yaşadığını və işlədiyini, dostlarının kim olduğunu, nə ilə maraqlandığını və s. öyrənmək olar.

Bir sözlə bonus kartları vasitəsi ilə hətta gizli müəssisələrin işçiləri haqqında məlumat əldə etmək olur. 

Bu məlumatlar isə əleyhimizə istifadə oluna bilər.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən İT mütəxəssisi Elvin Abbasov bildirib ki, təkcə bonus kartlarında deyil, internet üzərindən apardığımız istənilən əməliyyatlar zamanı bizim haqqımızda məlumat toplanılır:

“Bu çox böyük bir sistemdir. Əldə edilən informasiyalar hesabına "Google" kimi nəhəng platformalarda rəqəmsal əkizlərimizin, psixoloji profilimizin yaradılmasına imkan verir. Bu da gələcəyimiz üçün müəyyən problemlər yaradır. Amma nəzərə alaq ki, bu gün internet, onlayn əməliyyatlar həyatımızın bir parçasıdır. Bundan imtina edə bilmərik. Çünki internet üzərindən göstərilən xidmətlərin bəlli üstünlükləri var. 

Bununla belə, göstərilən xidmətlər zamanı bizim özümüz haqqında verdiyimiz məlumatlar nə vaxtsa əleyhimizə işləyə bilər. Biz nə qədər də istəsək ki, internet üzərindən aparılan əməliyyatlar yalnız öz maraqlarımıza xidmət etsin, bu mümkün deyil. İstər-istəməz biz kimlər üçünsə obyekt oluruq. Məsələn, biz internetdə hansı səhifələrə daha çox baxırıqsa, süni intelekt çox asanlıqla bizim hobbimiz, maraq dünyamız barədə məlumat formalaşdıra bilir. Sonradan bizə maraqlandığımız sahələrlə bağlı çoxsaylı təkliflər gəlir. Bunun da müəyyən üstünlükləri var”. 

Müsahibimiz qeyd edib ki, problemdən qaçmaq üçün feyk profillər yardıla, keşlər təmizlənə bilər:

“Amma bu problemdən tamamilə qaçmağa imkan verməyəcək. Çünki bütün hallarda biz internetdə öz izlərimizi buraxırıq. Bu izləri təkcə bonus kartlarında deyil, bank kartlarında və onlayn həyata keçirdiyimiz bütün əməliyyatlarda qoyuruq. Bu məsələdə ən böyük risk elektron hökumət portallarındadır. Bununla belə onlayn əməliyyatlar günün tələbidir. Eyni zamanda bu risklər hamı və hər kəs üçün var. Ona görə də ciddi narahatlığa əsas yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtda müştəri taksi sürücüsünü döydü

Sumqayıtda müştəri taksi sürücüsünü döydü

Səhər yeməyini bu saata saxlamaq ömrü uzadırmış: Tədqiqatlar təsdiqlədi

Səhər yeməyini bu saata saxlamaq ömrü uzadırmış: Tədqiqatlar təsdiqlədi

Nazir rektorları topladı - FOTO

Nazir rektorları topladı - FOTO

Bakıda tanınmış şəxslərə qarşı terror planlaşdırılan şəxsin məhkəməsi başlayır — ŞOK ADLAR (FOTOLAR)

Bakıda tanınmış şəxslərə qarşı terror planlaşdırılan şəxsin məhkəməsi başlayır — ŞOK ADLAR (FOTOLAR)

“28 May”da oturacaqlar niyə sökülüb? – VİDEO

“28 May”da oturacaqlar niyə sökülüb? – VİDEO

Tərtərdə ölümlə nəticələnən ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Tərtərdə ölümlə nəticələnən ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Qəzzadakı sülh danışıqlarının birinci mərhələsi bu həftə başa çatacaq?

Qəzzadakı sülh danışıqlarının birinci mərhələsi bu həftə başa çatacaq?

Orban Azərbaycana GƏLƏCƏK

Orban Azərbaycana GƏLƏCƏK

Yadigar Muradovun SON DURUMU açıqlandı

Yadigar Muradovun SON DURUMU açıqlandı

Bakıda sərxoş kişi yıxılaraq həyatını itirdi

Bakıda sərxoş kişi yıxılaraq həyatını itirdi

“Fənərbaxça” xal itirdi - VİDEO

“Fənərbaxça” xal itirdi - VİDEO

Xəyanət edənlər tez ölürmüş: monoqam münasibət ömrü uzadır - alimlər açıqladı

Xəyanət edənlər tez ölürmüş: monoqam münasibət ömrü uzadır - alimlər açıqladı

Əlilliyi olan şəxslərin nəzərinə - QAYDALAR DƏYİŞDİ

Əlilliyi olan şəxslərin nəzərinə - QAYDALAR DƏYİŞDİ

Əmək pensiyaları ilə bağlı YENİ QƏRAR

Əmək pensiyaları ilə bağlı YENİ QƏRAR

Bu il neçə əcnəbi Azərbaycandan çıxarılıb?

Bu il neçə əcnəbi Azərbaycandan çıxarılıb?

Avropanın ENERJİ ÜMİDİ – Bu ölkələr də Azərbaycandan qaz almaq İSTƏYİR

Avropanın ENERJİ ÜMİDİ – Bu ölkələr də Azərbaycandan qaz almaq İSTƏYİR

Xocəsən yolunda qırmızı işıqda keçən yük maşını ağır QƏZA törətdi – ANBAAN VİDEO

Xocəsən yolunda qırmızı işıqda keçən yük maşını ağır QƏZA törətdi – ANBAAN VİDEO

Niyə çuğundur yemək lazımdır? - 7 SƏBƏB

Niyə çuğundur yemək lazımdır? - 7 SƏBƏB

Rubio: “2028-ci ildə Respublikaçıların prezidentliyə namizədi Vens ola bilər”

Rubio: “2028-ci ildə Respublikaçıların prezidentliyə namizədi Vens ola bilər”

Layiqli Əmək Səfirləri ilə görüş keçirildi – FOTO

Layiqli Əmək Səfirləri ilə görüş keçirildi – FOTO

“Rəsmi olmayan sayt və keçidlərə daxil olmayın!” - DİN-dən ÇAĞIRIŞ

“Rəsmi olmayan sayt və keçidlərə daxil olmayın!” - DİN-dən ÇAĞIRIŞ

Avropa İttifaqının komissarı:"Azərbaycan Transxəzər nəqliyyat dəhlizinin əsas tərəfdaşıdır"

Avropa İttifaqının komissarı:"Azərbaycan Transxəzər nəqliyyat dəhlizinin əsas tərəfdaşıdır"

Çin İran neftini almaq üçün GİZLİ RAZILAŞMA imzaladı

Çin İran neftini almaq üçün GİZLİ RAZILAŞMA imzaladı

Kiyevdən qorxunc XƏBƏRDARLIQ – “Növbəti Çernobıl faciəsi gözlənilir”

Kiyevdən qorxunc XƏBƏRDARLIQ – “Növbəti Çernobıl faciəsi gözlənilir”

End of content

No more pages to load

RADİO