Rusiyada 7 maqnitudada zəlzələ baş verib.
Bizim.Media xəbər TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatka bölgəsi olub.
Ərazidə zəlzələ 6,0 bal gücündə qeydə alınıb.
Tələfat və dağıntı barədə məlumat verilməyib.
Bizim.Media