15 qat Belarus çempionu futbolçu vakansiyası elan edib.
Bizim.Media xəbər verir ki, BATE-nin rəsmi saytında bununla bağlı məlumat yerləşdirilib. Elanda komandaya 3 futbolçunun axtarıldığı bildirilib.
Namizədlərə 2000-15000 Belarus rublu məbləğində maaş təklif olunub. Qeyd edək ki, BATE Belarus çempionatında 17 oyundan sonra 20 xalla 11-ci pillədə qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media