Gürcüstan həbsxanasında saxlanılan respublikanın keçmiş prezidenti Mixail Saakaşvilidə Rusiya ilə Qərb ölkələri arasında məhbus mübadiləsindən xəbər tutandan sonra azadlığa çıxacağına ümid yaranıb.
Bizim.Media xəbər verir ki, u barədə “The Wall Street Journal” (WSJ) siyasətçinin redaktora məktubuna istinadən xəbər verir.
Saakaşvili bildirib ki, dostu Vladimir Kara-Murzanın azadlığa buraxılmasından xəbər tutanda sevinc hissi yaşayıb.
Siyasətçi vurğulayıb ki, o da Kara-Murza kimi adam oğurlayanlar tərəfindən zəhərlənib və çox güman ki, onların hər ikisi ömürlərinin sonuna qədər yaranan simptomlardan əziyyət çəkəcəklər.
Bizim.Media